Gündəlik Arxivlər: Aprel 4, 2021

Ermənistanın yerləşdirdiyi minalar əhalinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar Tvitter səhifəsində paylaşım edib. Paylaşımda bildirilib ki, BMT 2005-ci ildə 4 aprel tarixini Beynəlxalq …

Ətraflı oxu »

Azərbaycanlı siyasi məhbus Behnam Şeyxi Evin zindanına qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Novruz bayramı ərəfəsində 19 gün müddətinə məzuniyyətə buraxılan azərbaycanlı siyasi məhbus Behnam Şeyxi dünən Evin zindanına qaytarılıb. Tehran sakini olan türk siyasi məhbus Behnam Şeyxi Samanlı mart ayının 17-də Tehranın Evin zindanından məzuniyyətə buraxılmışdı. Bir müddət öncə zindanlarda koronovirusun geniş yayıldığı zaman azərbaycanlı …

Ətraflı oxu »

Ruzbeh Piri qardaşının işgəncə edilməsini ifşa etdiyi üçün prokurorluğa çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Ruzbeh Piri qardaşı Yaşar Pirinin işgəncə edilməsini ifşa etdiyi üçün rejimin Təbrizdəki prokurorluğuna çağrıldı. Türk fəal bununla bağlı aprel ayının 3-də Təbriz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılıb. Rejimin əlaltısı olan hakim Musəvi Ruzbeh Piriyə “İnstagram” səhifəsində qardaşının …

Ətraflı oxu »

İran rejimi Sulduzlu azərbaycanlı milli fəal Səccad Şəhirini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Şəhirini həbs edib. Azərbaycanlı fəal aprelin 3-də Məhkəmə Qərarların İcrası İdarəsinə müraciət etdikdən sonra 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz şəhərində yerləşən rejimin zindanına salınıb. Qeyd edək ki, Səccad Şəhiri …

Ətraflı oxu »

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanla Türkiyə birgə hərbi təlimlərə başlayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu barədə məlumat …

Ətraflı oxu »