Bazar , Oktyabr 25 2026
azfa

İran rejimi Sulduzlu azərbaycanlı milli fəal Səccad Şəhirini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Şəhirini həbs edib.

Azərbaycanlı fəal aprelin 3-də Məhkəmə Qərarların İcrası İdarəsinə müraciət etdikdən sonra 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz şəhərində yerləşən rejimin zindanına salınıb.

Qeyd edək ki, Səccad Şəhiri “Sistemə qarşı təbliğat” ittihamı ilə çıxarılan 6 aylıq həbs qərarı rejimin Sulduzdak; Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmişdi.

Şəhirinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə yazılmışdı ki, cinayət prosessual məcəlləsinin A bəndinin 445-ci maddəsinə əsasən məhkumun apellyasiya şikayəti rədd edilib və çıxarılan qərar qüvvədə saxlanılıb.

Səccad Şəhiri 2020-ci il yanvar ayının 16-da ETTELAAT məmurları tərəfindən Sulduz şəhərində yaxalanaraq ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülmüşdü.

Fəal daha sonra mart ayının 2-də ETTELAAT-ın təcridxanasından Təbrizdə mərkəzi zindana köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər zaminə buraxılımışdı.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …