GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilir. İclasda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, …
Ətraflı oxu »Aylıq Arxivlər: Aprel 2021
Türkiyə geosiyasi əhəmiyyəti İstanbul kanalının tikintisinə hazırlaşır
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə bu ilin yayından başlayaraq İstanbul kanalının tikintisini planlaşdırır. Bosfor boğazına paralel qazılacaq kanal Qara dənizlə Mərmərə dənizini birləşdirəcək. Ümumilikdə, görüləcək işlər 15 milyard dollar vəsait və 7 il vaxt tələb edəcək. İstanbulun Avropa hissəsinin yaxınlığından keçəcək kanalın hər iki sahilində yarım milyon …
Ətraflı oxu »Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ilə bağlı beynəlxalq təşkilatlara müraciət
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Haqları Cəmiyyəti azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına müraicət edib. Müraciət İngilis dilində hazırlanıb və Birləşmiş Millətlər Təşkilatına, BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsinə, Beynəlxalq Əfv Təşkilatına və başqa insan haqları təşkilatlarına göndərilib. Müraciət məktubunda …
Ətraflı oxu »ABŞ İran qarşı bütün sanksiyaların götürülməsini qəbuledilməz hesab edir
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib ki, İranın 2017-ci ildən bəri tətbiq olunan bütün sanksiyaların ləğvi ilə bağlı tələbi ABŞ üçün qəbuledilməzdir. “İran 2017-ci ildən bəri tətbiq olunmuş bütün sanksiyaların ləğvinin vacibliyi ilə bağlı öz mövqeyində qalarsa, o zaman biz çıxılmaz …
Ətraflı oxu »Türk ölkəsi Özbəkistanın Avropa Birliyinə ixracatda xüsusi uğuru
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Özbəkistan Avropa İttifaqı ilə “GSP+” güzəştli ticarət statusu alıb. Bu gündən qüvvəyə minən status ölkəyə Avropa İttifaqı dövlətlərinə vergisiz göndərilən malların siyahısını 6200-ə çatdırmaq imkanı verəcək. Bu haqda Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyinin Daşkənddə keçirdiyi mətbuat konfransında məlumat verilib. Mətbuat konfransında Özbəkistan …
Ətraflı oxu »Azərbaycan-Türkiyə hərbi təlimləri başa çatdı – Video
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda keçirilən Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Birgə təlimlərdə Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyəti təkmilləşdirilib, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqları inkişaf etdirilib.
Ətraflı oxu »Rusiya səfirliyi qarşısında “Rus rədd ol!”, “Xankəndi Azərbaycandır!” şüarı ilə etiraz aksiyası
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında bir qrup insan “Rus rədd ol!” şüarı ilə etiraz aksiyası keçirib. Aksiyada onlarla vətəndaş iştirak edib. Aksiya zamanı Rusiyanın Qarabağda erməni separatçılarına açıq dəstək olmasına və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı istifadə olunmuş “İsgəndər” raketlərindən …
Ətraflı oxu »Çinlə İranın 25 illik müqaviləsi ilə Güney Azərbaycanın qarət edilməsinə start verilir
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranla Çin arasında müstəmləkəçilik xarakteri daşıyan 25 illik müqavilədən sonra Güney Azərbaycan mədənlərinin Çin tərəfindən qarətinə start verilir. “Sarabnews” saytının yaydığı məlumata görə Çindən olan bir qrup iş adamı və mütəxəssis Qərbi Azərbaycan vilayətinə səfər etdikdən sonra Şərqi Azərbaycanın Sarab şəhərinə gediblər. …
Ətraflı oxu »Azərbaycan BMT-də Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsini qaldırdı
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında minaların zərərsizləşdirilməsi məsələlərinə həsr olunan debatlar keçirilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycandakı vəziyyət barədə məruzə ilə virtual açıq debatlarda çıxış edib. Diplomat öz bəyanatında qeyd edib ki, müharibənin partlama təhlükəli fəsadlara malik minalar …
Ətraflı oxu »Türkiyə gəmisi Qara dənizdə yeni qazma işlərinə başladı
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fateh” Qara dənizdə yeni qazma işlərinə başlayıb. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz bildirib. Məlumata əsasən, gəmi “Sakarya” yatağının “Amasra-1” quyusunda qazma işləri aparacaq. Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi