Gündəlik Arxivlər: Avqust 17, 2021

Ermənilər Azerbaycan mövqelərini yenidən atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat …

Ətraflı oxu »

Azərbaycan sülhməramlıları Kabildə təhlükəsizlik funksiyasını yerinə yetiri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir: “Azərbaycan Ordusunun 120 …

Ətraflı oxu »

Azərbaycan PUA-ları Türkiyədəki beynəlxalq sərgidə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş edilir. Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar …

Ətraflı oxu »

İran beynəlxalq xəbərdarlıqlara baxmayaraq uran metalı istehsal edib

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın beynəlxalq xəbərdarlıqlara baxmayaraq uran metalı istehsal etdiyini bildirib. Uran filizinin ikili istifadə potensialı var və İran onu istehsal etməklə, atom bombası əldə edə bilər. Qərbin Vyana danışıqlarının təhlükəyə düşməsi ilə bağlı xəbərdarlıqlarına rəğmən, Beynəlxalq Atom Enerjisi Agentliyi üzv ölkələrə təqdim etdiyi son hesabatda İranın zənginləşdirilmiş …

Ətraflı oxu »

Ərdəbildə azərbaycanlı fəallar azərbaycanlı siyasi məhbus Əkbər Azada azadlıq tələb ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 16-da Ərdəbildə azərbaycanlı milli fəallar Tehran həbs edilən azərbaycanlı siyasi məhbus Əkbər Azada azadlıq tələb ediblər. Bu məqsədlə Ərdəbildə divarlara Əkbər Azadın simvolik qrafitləri çəkilib. Qrafit azərbaycanlı sənədli filmlər rejissoru Möhsün Hadi tərəfindən hazırlanıb. Qeyd edək ki, azərbaycanlı ziyalı Əkbər Azad İran …

Ətraflı oxu »

Əfqanıstandan hərbi təyyarələr və helikopterlər Özbəkistan sərhədini keçib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avqustun 14-dən bu günədək Əfqanıstanın 22 hərbi təyyarəsi və 24 hərbi helikopter Özbəkistanın Surxandərya vilayətindən qeyri-qanuni yolla sərhədi keçib. 585 hərbçinin olduğu təyyarə və helikopterlər məcburi Termez beynəlxalq aeroportuna endirilib. 158 mülki şəxs və hərbçi isə Amudərya çayı üzərindəki körpüdən Özbəkistan ərazisinə girib. …

Ətraflı oxu »