Gündəlik Arxivlər: Avqust 1, 2021

GADTB-nin Türkiyədə qəsdən törədilən meşə yanğınları ilə bağlı bildirişi

GADTB: Türkiyədə qəsdən törədilən meşə yanğınlarında qardaş ölkəyə dəstək olmaq üçün Quzey və Güney Azərbaycan Türkiyə dövləti ilə həmrəylik nümayiş etdirir. Quzey və Güney Azərbaycanda Azərbaycan Türk Milləti sosial şəbəkələrdə Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədilə, fidan əkilməyindən tutmuş müxtəlif formalarda mənəvi dəstək ifadə edib, Türkiyədə bir ağacın yanmasını özlərinin …

Ətraflı oxu »

Sayın Mikayil Oytadan orman yanğınları ilə bağlı Türkiyə böyük elçisinə başsağlı məktubu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiyası prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamenti sədri sayın Mikayıl bəy Oyta Türkiyədə terrorçu PKK-nın törətdiyi yanğınlar, eləcə də onun acı və dəhşətli nəticələri ilə bağlı Türkiyənin Avstraliyadakı böyük elçisi sayın Orhan Karakoça başsağlığı məktubu göndərib. Sayın Mikayil …

Ətraflı oxu »

İran rejiminin Təbrizdə yaxaladığı Şəhruz Bərzgər vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şəhruz Bərzgərin bacısı Şadi Bərzgərin özünün İnstagram səhifəsində yazdığı məlumata görə, Şəhruz Bərzgər dünən vəsiqə girov qoyulmaqla məhkəmə vaxtınadək zaminə buraxıldı. Qeyd edək ki, Şəhruz Bərzgər Şahin Bərzgərin qardaşıdır. O Təbrizdə keçirilən etirazlardan 2 gün sonra ailəsi ilə qısa telefon əlaqəsində məmurlar tərəfindən …

Ətraflı oxu »

Təbriz etirazlarında yaxalanan 3 fəalın sonuncü müdafiə iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 24-də Təbriz şəhərində keçirilən etirazla bağlı yaxalanan 3 azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudi, Fəraz Memar Azər və Hadi Məhəmmədinin son dindirmə iclası keçirilib. Hər üç azərbaycanlı fəal 30 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar. Yaxalanan Məhəmməd Mahmudi, Fəraz Memar Azər və Hadi …

Ətraflı oxu »

Azərbaycanlı siyasi məhbus Əli Vasiqi vəsiqə qarşılığında məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əli Vasiqi dünən 50 milyon tümənlik vəsiqə qarşlığında məzuniyyətə buraxılıb. Həmin azərbaycanlı siyasi məhbusun qardaşı Rza Vasiqi isə qısa müddət məzuniyyətdən sonra yenidən zindana qaytarıldı. Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və …

Ətraflı oxu »

Ermənilər Azərbaycan ordusunun Naxçıvandakı mövqelərini atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında …

Ətraflı oxu »

GADTB-nin iştirakı ilə Stokholmda İran səfirliyinin qarşısında əl-Əhvaza dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən İsveçin Stokholm şəhərində İran səfirliyi qarşısında əl-Əhvaz etirazlarına dəstək aksiyası keçirilib. Tədbir GAİP və Cəbhətüləhvaz tərəfindən təşkil olunmuşdu. Tədbirdə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), GAİP, türkmənlər, ərəblər, eləcə də İraq və Suriya ərəblərindən və s. millətlərdən nümayəndələr iştirak ediblər. Tədbirdə Güney …

Ətraflı oxu »