Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycan PUA-ları Türkiyədəki beynəlxalq sərgidə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş edilir.

Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.

Qeyd edək ki, sərgi avqustun 17-20-də Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …