Cümə axşamı , May 7 2026
azfa

Aylıq Arxivlər: Sentyabr 2022

İranın etirazlardan sonra Ərdəbildə həbs etdiyi azərbaycanlı fəalların vəziyyətindən məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin son günlər Ərdəbildə həbs etdiyi azərbaycanlı milli fəalların vəziyyətindən məlumat almaq mümkün olmur. Ona görə də fəalların ailələrinə onların sağlıq durumu barədə dəqiq məlumat verilmir. Bu isə fəalların ailələrinin narahatlığına səbəb olub. Yaxalanan fəallardan biri Səid Sadiqifər sentyabrın 28-də ailəsi …

Ətraflı oxu »

İrqçi fars rejim azərbaycanlı fəal Behnam Münəccimini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim sentyabrın 28-də Güney Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərində yaşayan azərbaycanlı fəal Behnam Münəccimini həbs edib. İranın ETTELAAT qüvvələri fəalın evinə hücum edərək, heç bir məhkəmə qərarı və səbəb göstərmədən onu yaxalayaraq özləri ilə aparıblar. Hələlik Behnam Münəcciminin nədə ittiham olunduğu və …

Ətraflı oxu »

BMT-nin baş katibi: “İrandakı etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından narahatıq”

GADTB: Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İranla bağlı bəyanat yayıb. O, ümumxalq etirazları qarşısında Tehran hakimiyyətini “maksimum təmkinli olmağa” çağırıb. Quterreş İran hakimiyyətindən etirazçılara qarşı “mümkün qədər təmkinlilik” nümayiş etdirməyi və xalqa qarşı “lüzumsuz və qeyri-insani” repressiyalara son qoymağı tələb edib. “Baş katib İran təhlükəsizlik qüvvələrindən lüzumsuz və …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “ABA Media TV”-də “İranda ordu xalqın tərəfinə keçdi Təbrizdə …” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “ABA Media TV”-də “İranda ordu xalqın tərəfinə keçdi Təbrizdə …” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda İran adlanan yerdə etirazların güclənməsi, Azərbaycan Türk Millətinin öz müstəqilliyi uğrunda mübarizə aparması, …

Ətraflı oxu »

İran hökuməti üsyançılara qarşı livanlı və iraqlı muzdlulardan istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda molla rejimi əleyhinə başlanmış xalq üsyanı davam edir. Xarici media, sosial şəbəkə fəalları və yerli şahidlərin dediyinə görə, İran hökuməti etirazları yatırmaq üçün İraqdan və Livandan “Həşdi-Şəəbi”, “Hizbullah” və Tehrana bağlı digər hərbi ünsürləri ölkəyə gətirib. Adı çəkilən ölkələrdə İrandan maliyyələşən silahlı …

Ətraflı oxu »

Ərdəbildə divarlara etiraz şüarları yazıldı: Diktaturaya dözmə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal, Azərbaycan Türk Millətinin dinc etirazlarını irqçi fars rejimin qanla yatırmasına etiraz olaraq aksiya keçiriblər. Onlar şəhərin müxtəlif yerlərində aksiyalara dəstək və rejimə etiraz şüarları yazıblar. Sentyabrın 27-də azərbaycanlı fəallar şəhərin bir çox məhəllələrində divarlara şüarlar yazaraq, diktaturaya qarşı keçirilən …

Ətraflı oxu »

Azərbaycanlı fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərində yaşayan azərbaycanlı fəal Saleh Molla Abbasi rejimin məhkəməsinin elektron sistemi vasitəsilə rejimin Əhərdəki məhkəməsinin 3-cü bölməsinə çağrılıb. Bildirişdə fəaln nədə ittiham olunduğu barədə heç bir açıqlama verilməyib və məhkəməyə getməyəcəyi təqdirdə məmurlar vasitəsilə cəlb olunacağı barədə xəbərdarlıq edilib. Qeyd …

Ətraflı oxu »

Mərənddə İrfan Şahbazi və Hamid Purəbutalib yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Mərənddə etirazlarla bağlı İrfan Şahbazi və Hamid Purəbutalibi yaxalayıb. Azərbaycanlı fəallar İrfan Şahbazi və Hamid Purəbutalib Sentyabrın 17-də Güney Azərbaycanın Mərənd şəhərində kütləvi dinc etiraz aksiyaları zamanı həbs ediliblər. Lakin fəalların ailəsinə onların vəziyyəti barədə hələ də məlumat verilmir. Azərbaycanlı …

Ətraflı oxu »

Güney Azərbaycanın və İranın bəzi şəhərlərin etirazlar davam edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, gecə boyu Güney Azərbaycanın Təbriz, Kərəc, Tehran və s. şəhərlərində irqçi fars rejimə qarşı etirazlar davam edib. Təbrizin Vəliəsr və s. bölgələrində etirazlar keçirilib. Kərəc və Tehranın müxtəlif məhəllələrində etirazlar keçirilib. Rejimin qüvvələri dinc əhalini gülləboran edib.. Qa.qay türkləri Firuzabad şəhərində möhtəşəm etirazlar …

Ətraflı oxu »

Molla rejimi dinc etirazları qətliam edir; Ən azı 76 nəfərin öldürüldüyü təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, təkcə sentyabr ayının 25-dək İranın ən azı 76 nəfər dinc etirazçını güllələdiyi təsdiqlənib. İran İnsan Haqları Təşkilatı sentyabrın 25-nə olan hesabatında ölkənin əksər əyalətlərini bürüyən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən 76 nəfərin adını açıqlayıb. Hesabata görə, Mazandaran əyaləti 25, Qərbi Azərbaycan, Gilan …

Ətraflı oxu »