Bazar , Oktyabr 18 2026
azfa

İran hökuməti üsyançılara qarşı livanlı və iraqlı muzdlulardan istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda molla rejimi əleyhinə başlanmış xalq üsyanı davam edir.

Xarici media, sosial şəbəkə fəalları və yerli şahidlərin dediyinə görə, İran hökuməti etirazları yatırmaq üçün İraqdan və Livandan “Həşdi-Şəəbi”, “Hizbullah” və Tehrana bağlı digər hərbi ünsürləri ölkəyə gətirib.

Adı çəkilən ölkələrdə İrandan maliyyələşən silahlı terror qruplaşmalarının üzvləri dəfələrlə İran xalqının etiraz aksiyalarının yatırılmasında rol oynayıblar.

Məlumata görə, Sepah və xüsusi təyinatlı qüvvələrlə birgə repressiyalarda iştirak edən İraqın “Həşdi-Şəəbi” və Livanın “Hizbullah” qruplaşmalarının döyüşçüləri xüsusi qəddarlıqları ilə seçilirlər.

Xatırladaq ki, bundan öncə 2009-cu və 2019-cu illərdə də, etiraz aksiyalarının kütləviləşməsindən qorxuya düşən Tehran rejimi adı çəkilən muzdluların xidmətindən geniş istifadə etmişdi./ Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …