Cümə axşamı , May 2 2024
azfa

Aylıq Arxivlər: Yanvar 2023

Molla rejimi Təbrizdə 3 etirazçını həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Şərqi Azərbaycan əyalətindəki Apellyasiya Məhkəməsi 3 etirazçı barədə 10 il həbs qərarı çıxarıb. Təbrizdən olan azərbaycanlı gənclər Əmirhüseyn Möhsüni, Əmir hüseyn Rzayi və Arəş Əhmədi etiraz aksiyalarına qoşulduqları üçün yaxalanaraq, rejimin məmurları tərəfindən cəzalandırılıblar. Molla rejimi azərbaycanlı gənclərə qarşı dövlət …

Ətraflı oxu »

Molla rejiminin Təbrizdə həbs etdiyi 2 öyrənci hələ də həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin etiraz aksiyalarında yaxaladığı iki öyrəbci Təbriz zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. 3 ay öncə Təbriz İncəsənət Universitetində keçirilən etiraz aksiyalarında həbs edilən Armin Mahmudi və Həmidrza Dərviş Müqəddəmin girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmalarına icazə verilmir. Təhlükəsizlik təcridxanasında dindirildikdən …

Ətraflı oxu »

Molla rejimi Urmiya və Təbrizdə iki azərbaycanlı gəncə ağır həbs cəzası verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiya və Təbrizdə etirazlar zamanı tutulan azərbaycanlı gənclər Məhəmməd Eşqi və Peyman Kərimpuru ağır həbs cəzası verib. Urmiya şəhərindən olan Məhəmməd Eşqi 5 il müddətinə həbsə məhkum edilib. Urmiyada rejimin İnqilab Məhkəməsinin çıxardığı qərarla Məhəmməd Eşqi həmçinin   2 il müddətinə …

Ətraflı oxu »

Xankəndi-Laçın yolunda azərbaycanlıların etiraz aksiyası 34 gündür davam edir

GADTB: Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz dörd gündür davam edir. 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Azərbaycanlı aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar …

Ətraflı oxu »

Bəlucistanda molla rejiminə qarşı etirazlar keçirilib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Bəlucistanın müxtəlif şəhərlərində molla rejiminə qarşı etirazlar keçirilib. Zahidan şəhərində molla rejiminin qüvvələri etirazçılara qarşı amansız davranıblar. Dəyənəklə etirazçılara hücum edən rejimin məmurları insanları döyməyə başlayıblar. Zahidan əhalisi “Xameneiyə ölüm olsun!”, “Diktatora ölüm olsun” və s. şüarlar səsləndiriblər. Qeyd edək ki, hər …

Ətraflı oxu »

Qaşqay türkləri haqqında qiymətli tarixi kitab nəşr olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin tarixi ilə bağlı qiymətli tarixi əsər yenicə nəşr olunub. Rəhman Əhmədinin müəllifi olduğu “Qədim Qaraça tayfasının tarixi” adlı kitab hazırda İran işağlında olan qaşqay türklərinin Qaraça tayfasının tarixi, mədəniyyəti, gələnəklərindən və onların tarixi torpaqlarında yerləşmə prosesindən, eləcədə bölgənin siyasi durumunda rollarından …

Ətraflı oxu »

Molla rejimi daha bir jurnalist xanımı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yanvarın 11-də jurnalist və öyrənci fəalı Nəsim Sultanbeygini həbs edilib. Xanım jurnalist xaricə uçmaq üçün Tehran hava limanına getdikdən sonra rejimin məmurları tərəfindən tutularaq naməlum yerə aparılıb. Nəsim Sultanbeyginin hansı səbəbdən həbs olunduğu və hara aparıldığı barədə məlumat verilmir. Qeyd …

Ətraflı oxu »

Molla rejimi bu dəfə Türkiyəni hədəfə aldı

GADTB: Türkiyə və Suriya arasında bölgədəki terrorçu ünsürlərin məhv edilməsi, qaçqınların vətənlərinə qayıtması və bölgədə sülhün bərqərar olması üçün aparılan danışıqlar ABŞ və PKK terror təşkilatından sonra İranı da narahat edib. Turkustan.az xəbər verir ki, Suriyada yaradılması arzulanan terror dövlətinin qarşısının alınması və qaçqınların öz yerlərinə qayıtmasının sürətləndirilməsi məqsədilə Ankaranın …

Ətraflı oxu »

Azərbaycanlıların Laçın yolundakı etiraz aksiyası 33 gündür davam edir

GADTB: Qarın yağmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz üç gündür davam edir. 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Etirazçılar gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə …

Ətraflı oxu »

Həmədandan olan müəllim və fəal Əhməd Rəisi həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan şəhərinin Buəli Sina Universitetinin Mədəniyyət və Siyasət Dərnəyinin keçmiş katibi və müəllim Əhməd Rəisi həbs edilib. Əhməd Rəisi yanvarın 11-i axşam saatlarında rejmin məmurtları tərəfindən yaxalanıb. Hələlik azərbaycanlı müəllimin həbs səbəbi və hara aparıldığı barədə heç bir açıqlama verilməyib.

Ətraflı oxu »