Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Molla rejiminin Təbrizdə həbs etdiyi 2 öyrənci hələ də həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin etiraz aksiyalarında yaxaladığı iki öyrəbci Təbriz zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

3 ay öncə Təbriz İncəsənət Universitetində keçirilən etiraz aksiyalarında həbs edilən Armin Mahmudi və Həmidrza Dərviş Müqəddəmin girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmalarına icazə verilmir.

Təhlükəsizlik təcridxanasında dindirildikdən sonra həbsxanaya köçürülən öyrəncilərin ailələrinə onların nədə ittiham olunduqları barədə heç bir məlumat verilmir.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …