Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi Urmiya və Təbrizdə iki azərbaycanlı gəncə ağır həbs cəzası verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiya və Təbrizdə etirazlar zamanı tutulan azərbaycanlı gənclər Məhəmməd Eşqi və Peyman Kərimpuru ağır həbs cəzası verib.

Urmiya şəhərindən olan Məhəmməd Eşqi 5 il müddətinə həbsə məhkum edilib.

Urmiyada rejimin İnqilab Məhkəməsinin çıxardığı qərarla Məhəmməd Eşqi həmçinin   2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Təbrizdən olan azərbaycanlı fəal Peyman Kərimpur isə 4 ay həbs cəzasına məhkum edilib. Onun da həmçinin ölkədən çıxışına qadağa qoyulub.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …