Çərşənbə , Aprel 17 2024
azfa

Gündəlik Arxivlər: Oktyabr 9, 2023

Həmasın ardınca Livan Hizbullahı da İsrailə hücuma keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Həmasın ardınca Livan Hizbullahı da İsrailə hücuma keçib. Artıq İsrail ilə Livan arasında hərbi toqquşma başlayıb. Bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb. Hazırda İsrail helikopterləri Livan ərazisinə zərbələr endirir. Həmçinin İsrail hərbçiləri Livandan ölkəyə daxil olan bir neçə nəfəri məhv edib. “Digərlərinin …

Ətraflı oxu »

Yaxın Şərq türkləri xəritə dəyişikliklərində hansı mövqeyi tutmalıdırlar?

GADTB: “Fələstin-İsrail cəbhəsində yaşanan son hadisələrlə birlikdə Yaxın Şərq 100 il sonra yeni bir xəritə dəyişikliyi ilə qarşı-qarşıya qala bilər”. Bunu İraq parlamentinin deputatı, İraq Türkman Cəbhəsinin sabiq sədri və türkmanların lideri Erşat Salihi X-də yazıb. “Bu prosesdə İraq, Suriya və İranda yaşayan türklərin xəritə dəyişikliyində necə mövqe tutacağı, haqq …

Ətraflı oxu »

Molla rejimin bəbs etdiyi azərbaycanlı fəal İbrahim Əvəzzadədən hələ də xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İbrahim Əvəzzadənin ailəsi aidiyyatı orqanlara müraciət etsə də, onun harada olması və həbsinin səbəbi barədə hələ də dəqiq məlumat verilmir. Qeyd edək ki, azərbaycanlı fəal oktyabrın 1-i səhər saat 7 radələrində mülki geyimli hökumət qüvvələri tərəfindən bacısının evində həbs edilib. Tehranda rejimin ETTELAAT …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oytadan İsrailə hücumla bağlı həmrəylik məktubu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Həmasın İsrailə hücumu və dinc sakinlərə qarşı törətdiyi vəhşiliklərlə bağlı İsrailin Avstraliyadakı səfirinə məktubla müraciət edərək, İsrailə həmrəyliyini bildirib. Sayın Mikayil bəyin məktubunun bir hissəsində …

Ətraflı oxu »

BMT missiyası Qarabağa növbəti səfərə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT missiyası növbəti dəfə Qarabağa səfər edib. Missiya üzvləri bu gün Ağdamdan Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.

Ətraflı oxu »

Azərbaycanlı fəal Əşkan Səadətmehr girov qarşlığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkatının fəalı Əşkan Səadətmehr girov qarşlığında zaminə buraxılıblar. Azərbaycanlı fəal bir milyard tümənlik vəsiqə girov qoymaqla zaminə buraxılıb. Molla rejimi azərbaycanlı fəala qarşı “Sistemə qarşı təbliğat” və “müqəddəsləri təhqir etmək”də ittiham edib. Vicdan məhbusunun yaxınlarından əldə …

Ətraflı oxu »

İranda sistematik ayrı-seçkilik və irqçilik Faktaraşdırıcı Komitə yaradılmaqla araşdırılmalıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Haqları Müdafiə Cəmiyyəti-ƏRK-in direktoru Jalə Təbrizi BMT-nin iclasında İranda qeyri-fars millətlərin uşaqlarının ana dilində təhsil almaq hüququndan məhrum edilməsinə toxunaraq deyib: “İranda sistematik ayrı-seçkiliyi və irqçiliyi araşdırmaq üçün Faktaraşdırıcı Komitə yaratmağın vaxtıdır”. O, İranda milli və etnik azlıqlara mənsub qadınların zorakılığa …

Ətraflı oxu »