Şənbə , İyul 27 2024
azfa

Gündəlik Arxivlər: Oktyabr 5, 2023

Molla rejimi Türk dili ilə bağlı kitabın nəşrinə icazə vermədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Türk dili ilə bağlı “Məzhər əl-türki” kitabının nəşrinə icazə verməyib. Türk dilinin qrammatikası ilə bağlı olan “Məzhər əl-türki” kitabının nəşrinə rejimin kitablara nəşr icazəsi verən İslami İrşad Nazirliyi icazə verməyib. Kitabın tərtibatçısı və nəşrə hazırlayanı, Ərdəbilin Fərhəngiyan Universitetinin elmi heyətinin üzvü …

Ətraflı oxu »

PKK-nın terror aktına cavab olaraq Türkiyə ordusu yeni hərbi əməliyyata hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu İraqda PKK terrorçularının hədəflərinə ağır zərbələr endirib. Dünən Türkiyənin Milli Müdafiə Nazirliyində daxili işlər və xarici işlər nazirləri, MİT rəhbəri və Baş Qərargah rəisinin iştirakı ilə görüş keçirilib. Görüşdə nələrin müzakirə edildiyi açıqlanmayıb. TRT-nin mənbələri deyir …

Ətraflı oxu »

Təbrizdə Azərbaycana dəstək məqsədilə posterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli fəalı Təbrizdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpasına dəstək məqsədilə posterlər çap edərək Təbrizin müxtəlif ərazilərində paylayıblar. Azərbaycanlı fəalların çap edib yaydığı posterlərdə aşağıdakı şüarlar yazılıb: “Zəngəzur Azərbaycandır, Təbrizdən Azərbaycana salamlar”, “Təbriz, Bakı, Ankara, biz …

Ətraflı oxu »

Molla rejimi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin sürgün müddətini uzatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi tanınmış azərbaycanlı milli fəal və keçmiş siyasi məhbus Abbas Lisaninin iki illik sürgün müddətini 2 il 8 aya qədər uzadıb. Molla rejimin Ərdəbil əyalətindəki Apeliyasiya Məhkəməsinin bu barədə qərar çıxardığı bildirilir. Azərbaycanlı fəalın sürgün müddətinin artırılmasına səbəb kimi onun cəzasını …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Təbrizdə Azərbaycan bayrağı dalğalandırdılar – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Təbrizdə Azərbaycan bayrağı dalğalandırıblar. Təbriz sakini olan fəallar Azərbaycana öz dəstəklərini göstərmək üçün Azərbaycan bayrağını dalğalandırıb və şəhərin müxtəlif yerlərində şüarlar yazıblar: “Bura Təbrizdir!”, “Qarabağ Azərbaycandır!”, “Zəngəzur Azərbaycandır!”

Ətraflı oxu »

Molla rejimi yenə Zəngəzur dəhlizi məsələsində Azərbaycana qarşı mövqe tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yenə Zəngəzur dəhlizi məsələsində Azərbaycana qarşı mövqe tutdu. İran prezidenti İbrahim Rəisi Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdə İranın mövqeyinin Azərbaycan və Ermənistanın problemlərini dialoq yolu ilə həll etmək olduğunu açıqlayıb. İran prezidenti Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə köməkçisi Xələf …

Ətraflı oxu »

Molla rejimi Evin zindanında həbsdə olan azərbaycanlı fəal Arəş Cövhərinin şərti azadlığa buraxılmasına mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin verdiyi həbs cəzasının 3 ildən çoxunu Evin zindanında keçirən azərbaycanlı işçi fəalı Arəş Cövhərinin şərti azadlığa buraxılması tələbi molla rejimin ETTELAAT qüvvələrinin mane olması səbəbindən ardıcıl ikinci dəfə rədd edilib. Azərbaycanlı işçi fəalı 2019-cu ilin oktyabr ayında həbs edilib və  indiyədək …

Ətraflı oxu »