Gündəlik Arxivlər: Sentyabr 29, 2024

Azərbaycan Antonio Quterreşi Ermənistanla sülhə əsas maneələr barədə məlumatlandırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən xəbər verilib. Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin …

Ətraflı oxu »

İsrail Hizbullahın Suriyadakı mövqelərini də darmadağın etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın Xüms əyalətindəki hərbi obyektlərə hücum edib. Bu barədə “Əl Hədat” telekanalı məlumat yayıb. Məlumata görə, zərbələr Suriya ordusunun tərəfində vuruşan Hizbullah silahlı dəstəsinin yerləşdiyi Livanla həmsərhəd Əl-Quseyr şəhərinin ətrafına endirilib.

Ətraflı oxu »

Ermənilər yenə Naxçıvanı atəşə tutub

GADTB: Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı milli fəallara həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı milli fəallar Vədud Əsədi və Yaşar Nikrunu mədəni fəaliyyətlərinə görə həbsə məhkum etdi. Azərbaycanlı milli fəallar Rəşt şəhərinin İnqilab Məhkəməsinin 3-cü bölməsi tərəfindən həbs cəzasına məhkum ediliblər. Vədud Əsədi “hökumət əleyhinə təbliğat”, “müxalif qruplara üzv olmaq” və “rəhbəri təhqir …

Ətraflı oxu »