GADTB: İran-Ermənistan Birgə Ticarət Palatasının “Telegram” kanalı “Armen Press”ə istinadən yazır ki, İranın İrəvandakı səfiri Mehdi Sübhani dünən bildirib ki, Tehran bu ölkə ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Diplomat “Ermənistan-İran: əməkdaşlıq və perspektivlər” görüşü çərçivəsində deyib: “İslam Respublikası müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün İrəvanla yeni sənədlər imzalamağa çalışır və …
Ətraflı oxu »Gündəlik Arxivlər: Noyabr 8, 2024
Molla rejimi azərbaycanlı milli fəal Yusuf Kari Ərdəbil zindanının təcridxanasına köçürüb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktabrın 28-də molla rejimin məmurları tərəfindən həbs edilən Azərbaycan milli hərəkatının fəalı Yusuf Kari Şam Əsbidə yerləşən Ərdəbil zindanının müvəqqəti saxlanma məntəqəsinə köçürülüb. Son günlər ailənin Ərdəbilin 10 saylı İstintaq Şöbəsinə çoxsaylı müraciətlərinə baxmayaraq, işin müstəntiqi hakim Kərimi fəalın müvəqqəti azadlığa buraxılması barədə …
Ətraflı oxu »GADTB-nin 8 Noyabr – Azərbaycanda Zəfər Günü münasibəti ilə təbrik mesajı
GADTB: Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində misilsiz qələbəsi nəticəsində 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi tarixə düşmüşdür. Müzəffər Azərbaycan Ordusu igidliklə həmin gün dünyanın savaş tarixində mümkün olmayanı mümkün etdi. 28 il sonra Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanı erməni işğalından azad etdi. Birinci Qarabağ savaşında …
Ətraflı oxu »Azərbaycan Milli Hərəkatının tanınmış şəxsiyyətlərindən Hacı Mahmud Ağa Rəngərzzadənin dəfn mərasiminin keçirilməsi
Qədtab: Azərbaycan Milli Hərəkatının veteranlarından Hacı Mahmud Ağa Rəngərzzadənin dəfn mərasimi Milli Hərəkat fəalları və Təbriz əhalisinin iştirakı ilə keçirilib. Mərhum Hacı Mahmud Ağa Rəngərzzadənin dəfn mərasimindən sonra tədbir iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər. Azərbaycan Milli Hərəkatının fəalı həyatını xalqın hüquqları uğrunda mübarizəyə həsr etmişdir. https://t.me/GADTB1/38420
Ətraflı oxu »Molla rejimi həbs etdiyi azərbaycanlı vəkili tibbi xidmətdən məhrum edib
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı vəkili tibbi xidmətdən məhrum edib. Tehrandakı Evin zindanında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvinin ixtisaslaşmış həkimə və müalicə mərkəzinə getməsinə qadağa qoyulub. Tahir Nəqəvi oynaq ağrılarından və prostatitdən əziyyət çəkir.
Ətraflı oxu »Molla rejimi azərbaycanlı fəala 5 il həbs cəzası verdi
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsindən alınan elektron bildirişə əsasən, bədnam Evin zindanında məhbus olan Güney azərbaycanlı fəal Kərəm Mərdanə 2 ili şərti olmaqla 5 il həbs cəzası alıb. Qeyd edək ki, Bağır Hacızadə, Ayaz Seyfxah, Araz Aman 13 il, Tahir Nəqəvi, Murtəza Pərvincoda …
Ətraflı oxu »Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur
GADTB: Bu gün Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin üçüncü ildönümü – Zəfər Günü qeyd olunur. Zəfər Günü 2020-ci il dekabrın 3-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur …
Ətraflı oxu »