Aylıq Arxivlər: Noyabr 2024

Azərbaycanlı milli fəal və vəkil aclıq aksiyasına başlayıb

GADTB: molla rejimin Tehranın Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq aksiyasına başlayıb. Nəqəvi bu addımı həbsxana nəzarətçisinin ona qarşı haqsızlığı, basqı və hədələrindən sonra atıb. Azərbaycanlı milli fəalın ailəsinin verdiyi məlumata görə, bu gün Nəqəvi həbsxanada həkimə müraciət edərkən daha öncə onu döyən nəzarətçilərdən biri …

Ətraflı oxu »

“İran təkcə farsların yurdu deyil” kitabı çapdan çıxıb

GADTB: Beynəlxalq məsələlər üzrə tanınmış amerikalı ekspert və professor Brenda Şaffer dünən “X” hesabında paylaşım edərək “İran yalnız farsların diyarı deyil” adlı kitabının fars dilinə tərcümə edildiyini açıqlayıb. Qeyd edək ki, Brenda Şaffer İranda yaşayan etnik xalqların, eləcə də Güney azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi tanınır./ Azad İran

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı ekofəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı gənc ekofəal Əfşin Nəziri həbs cəzasını çəkmək üçün bədnam Evin zindanına aparılıb. Azərbaycanlı fəal daha öncə Araz çayının ermənilər tərəfindən çirkləndirilməsinə etiraz etdiyi üçün həbs edilib. Güney Azərbaycanın müxtəlif bölgələrində ekoloji problemlərlə bağlı məsələlərdə fəal iştirak edən Əfşin Nəziri avqustun 23-də Tehranda …

Ətraflı oxu »

Molla rejimi Təbriz və Binabda mazotdan istifadə etməklə ekoloji problemə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz və Binab şəhərlərində fəlaiyyət göstərən İstilik Elektrik Stansiyaları mazotdan istifadə üzündən hər iki şəhərdə ekoloji problemin davam etməsinə və hava çirkliliyinin artmasına səbəb olub. Azərbaycanlı ekofəalların sözlərinə görə, vətəndaşların və ətraf mühit fəallarının İES-lərdə mazotdan istifadənin dayandırılması ilə bağlı müraciətlər …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oyta Galipoli savaşı ilə bağlı tədbirə qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2024-cü il noyabr ayının 11-də Avstraliya-Azərbaycan Assosiyasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta Sidney şəhərində Galipoli evində RSL Kamberland bölgəsində 1918-də Çanakala savaşında həlak olanların xatirəsi ilə bağlı tədbirə qatılıb. Sayın …

Ətraflı oxu »

Bu gün Azərbaycanda COP29-a başlanır

GADTB: Bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində böyük təcrübəyə malik olan Azərbaycanda Tərəflər Konfransının bu ilki tədbirləri 11-22 noyabr tarixlərində …

Ətraflı oxu »

Molla rejimin COP29-a qarşı təbliğatı davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin mətbuatının Azərbaycanda keçiriləcək COP29-a qarşı təbliğatı davam edir. Molla rejimin irqçi ideyasının təbliğatçılarından olan “Məşrəq” qəzeti Bakıda keçirilən COP29 iqlim sammitində Pezeşkianın iştirak etmə ehtimalına qarşı məqalə yazıb.  “Günün təhlili” başlığı ilə dərc olunan bu məqalədə iqlim sammitlərinin əsasən İranın …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı fəalı 12 gündür qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəalı 12 gündür qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır. Ərdəbildən olan azərbaycanlı fəal Yusif Kari 12 gündür ki, “ictimaiyyətdə çaşqınlıq yaratmaq” ittihamı ilə saxlanılaraq Ərdəbil mərkəzi zindanına aparılıb. Azərbaycanlı milli fəalın ailəsinə yaxın mənbənin bildirdiyinə görə, Yusif Kari səyyar satıcılıqla məşğul …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oyta qazi Mustafa Kamal Atatürkün anım günü mərasimində

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin baş konsulluğunda qazi Mustafa Kamal Atatürkün anım günü mərasimi keçirilib. Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta da mərasimə qatılıb. Mərasimə Yeni Güney Uelz (NSW) əyalətinin …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və digər qonaqların “Bütöv Azərbaycan TV”-də “İranın və Bütöv Azərbaycanın gündəmi…” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və digər qonaqlar “Bütöv Azərbaycan TV”-də “İranın və Bütöv Azərbaycanın gündəmi, Ortadoğu da nələr baş verir”  mövzusunda çıxış ediblər. Sayın Əjdər bəy Tağızadə və digər qonaqlar həmin proqramda çıxışında Güney Azərbaycanda və …

Ətraflı oxu »