Gündəlik Arxivlər: Yanvar 28, 2025

Urmiyaya yeni bələdiyyə başçısı seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlərin göz tikdiyi Güney Azərbaycanın Urmiya şəhərinə yeni bələdiyyə başçısı seçilib. Aydın Rəhmani Rzaiyyə, Şəhər Şurasının keçirilən açıq iclasında səsvermə yolu ilə yeni vəzifəyə seçilib. Məlumata görə, səsvermə zamanı 10 səs onun lehinə, 1 səs isə tərəfsiz olub. Onun rəqibi Rza Cavankiya …

Ətraflı oxu »

Prezident İlham Əliyev: Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır!

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib ki, həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir. Sovet …

Ətraflı oxu »

İran qırıcı təyyarələrdən sonra indi də Rusiyadan gecəgörmə qabiliyyətli 20 helikopter alacaq

GADTB: İran qırıcı təyyarələrdən sonra indi də Rusiyadan gecəgörmə qabiliyyətli 20 helikopter alacaq. İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının rəhbəri Babək Mahmudi ölkə prezidenti Məsud Pezeşkianın Rusiyaya son səfəri zamanı gecəgörmə qabiliyyətinğ malik helikopterlərin alınması ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb. “Dördü meşə yanğınlarının söndürülməsi üçün nəzərdə tutulan gecəgörmə …

Ətraflı oxu »

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

GADTB: Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq. Bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb. Yeni ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun olaraq mühəndislik, tikinti, logistika, İT və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial sahələrdə kadrlar hazırlanacaq. “2025/2026-cı tədris ilindən etibarən universitetdə tədris prosesi təhsil sahəsində …

Ətraflı oxu »

Avropa Birliyinin “müşahidəçilər”i Azərbaycan sərhədində fəallaşdı

GADTB: Avropa Birliyinin Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər”i yenidən fəallaşıb. Bununla bağlı yeni görüntülər paylaşılıb. AB-yə məxsus bir neçə “Toyota” markalı avtomobildə “müşahidəçilər” Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq Qazax istiqamətində ərazilərimizi izləməyə başlayıblar. “Müşahidəçilər”in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilərdə onların fəaliyyətlərini diqqətlə izləyirlər. Həmin …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı yeniyetmə qızı yenidən məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz sakini 17 yaşlı Nigar Dəbbağini fevralın 19-da ittihamları üzrə məhkəmə iclasının keçirilməsi üçün Təbrizdə İnqilab Məhkəməsinin 8-ci bölməsinə çağırıb. Azərbaycanlı yeniyetmənin məhkəmə işi daha öncə Təbrizdə rejimin İnqilab Prokurorluğunun 10-cu bölməsində araşdırılıb. Azərbaycanlı yeniyetmə öyrənci “insanları daxili və xarici …

Ətraflı oxu »

Molla rejimi Rusiyadan Su-35 qırıcıları aldıqlarını təsdiqləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terror təşkilatı olan SEPAH-ın Xatəmülənbiya Mərkəzi Qərargahının koordinasiya üzrə rəis müavini Əli Şadmani İranın Rusiya istehsalı olan Su-35 döyüş təyyarələri aldığını bildirib. İranın Mudafiə Nazirliyinə bağlı olan Difaperes saytı bu barədə məlumat yayıb. İran rəsmiləri ilk dəfə olaraq, rəsmi şəkildə Rusiya istehsalı …

Ətraflı oxu »

Muğanda bazar yanıb

Güney Azərbaycanın Qoçkəndi (Parsabad) şəhərindənin Teymurpur bazarında güclü yanğın baş verib. Yanğın nəticəsində bazarın 30 faizi külə dönüb. Bu haqda şəhər bələdiyyəsinin başqanı Şahpur Kərimi məlumat verib. Qoçkəndinin polis komandanı isə bildirib ki, yanğın bazarın geyim və qızıl bölməsində baş verib. O bildirib ki, həmin bazarda 300 mağazaya yanğın sıçrayıb. …

Ətraflı oxu »