Çərşənbə axşamı , Aprel 15 2025
azfa

Aylıq Arxivlər: Mart 2025

Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutub

GADTB: Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla …

Ətraflı oxu »

Urmya gölünün bərpasına ayrıca büdcə ayrıldığı söylənilir

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani deyib ki, İran prezidenti Məsud Pezeşkianın Urmiyaya səfəri ilə Urmiya gölü üçün yeni və müstəqil büdcə xətti müəyyən edilib. Valinin sözlərinə görə, əvvəlki illərdə Urmiya gölünün bərpasına büdcə ayrılmamışdı, ancaq bu addım  yeni prezidentin sərəncamı ilə qərara alınıb.  Rza Rəhmani qeyd edib ki, …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı xanım fəalın ölkədən çıxışına qadağa qoyub

GADTB: İrqçi fars-molla rejimi Təbriz sakini azərbaycanlı xanım fəal Sima (Əkrəm) Əlipurun ölkəni tərk etməsinə qadağa qoyub. Məlumata görə, bu barədə Təbriz İnqilab Məhkəməsinin 3-cü istintaq bölməsi qərar çıxarıb. Qərara əsasən, xanım Əlipur 6 ay ərzində ölkəni tərk etmək hüququndan məhrum edilib. Bildirilib ki, martın 13-də təhlükəsizlik qüvvələri Təbrizdə yaşayan …

Ətraflı oxu »

Azərbaycan Almaniyaya etiraz notası verdi

GADTB: Martın 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan Xarici İşlər Naziriyi məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “Kürd təşkilatları ilə əməkdaşlığa son qoyulmalıdır, İran-Amerika savaş astanasında” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “Kürd təşkilatları ilə əməkdaşlığa son qoyulmalıdır, İran-Amerika savaş astanasında” mövzusunda çıxış edib. Sayın Əjdər bəy çıxışında həmçinin irqçi fars rejimin uzun illər öncədən İraqdan kürdləri Güney Azərbaycana …

Ətraflı oxu »

31 Mart – Azərbaycanlıların Soyqırımı günüdür

GADTB: Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 107 il ötür. APA-nın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda …

Ətraflı oxu »

Tramp: İran razılığa gəlməsə, misli görünməmiş bombardımana məruz qalacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib. Bu barədə Donald Tramp “NBC News”-a bildirib. Tramp İranın razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardımana məruz qalacağını bildirib: “Əgər onlar (İran) razılığa gəlməsələr, bombardman olaca

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı körpəyə türk adı ilə şəhadətnamə verilməsinə qarşı çıxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları Sevgi adlı yeni doğulmuş azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxaraq 14 gündür ki, körpəni şəhadətnaməsiz saxlayır. Bu barədə uşağın atası Əli Qurbani “Balamın Adı” kampaniyasına deyib: “Qızımız 17 mart 2025-cü ildə dünyaya gəlib …

Ətraflı oxu »

İran Vaşinqtonu ABŞ-Britaniya hərbi dəniz bazasına zərbə endirməklə hədələyib

GADTB: “The Telegraph” qəzeti yazıb ki, ABŞ hücum edərsə, İran Hind okeanındakı Dieqo Qarsiya adalarında yerləşən Britaniya bazasını hədəfə alacağını bildirib. İranın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisi “The Telegraph”a deyib ki, Tehran ABŞ-ın istənilən hücumuna cavab olaraq Dieqo Qarsiya adasındakı ABŞ-Britaniya hərbi dəniz bazasına zərbə endirəcək. “Bölgədəki İran raketlərinin …

Ətraflı oxu »

Ermənilər Azərbaycanla sərhəddə təxribat törətmək istədi

GADTB: Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın …

Ətraflı oxu »