Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi azərbaycanlı fəalı Evin zindanının 8-ci bölməsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Vədud Əsədi ötən bazar ertəsi Tehranın Evin zindanının cinayət hökmlərinin icrası üzrə bölməsinə müraciət etdikdən sonra yenidən həbsə atılıb.

Azərbaycanlı fəal milli-mədəni fəaliyyətləri ilə bağlı verilən cəzanı çəkmək üçün bu həbsxanaya köçürülüb.

Məlumata görə, Evin həbsxanasının 8-ci bölməsində sıxlıq səbəbindən çoxlu sayda məhbus çirkliliyə və sanitar ləvazimatların olmamasına baxmayaraq döşəmədə yatmağa məcburdur. 

Bu səbəbdən həmin məhbuslar müxtəlif dəri və tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkirlər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …