Şənbə , İyun 28 2025
azfa

Gündəlik Arxivlər: İyun 25, 2025

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “Güney təşkilatları birləşə biləcəkmi?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “Güney təşkilatları birləşə biləcəkmi?” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Güney Azərbaycanın  böyük dövlətçilik tarixinə malik olmasına baxmayarq, bü gün molla rejimin əsarətində olması, molla …

Ətraflı oxu »

Mürtəza Pərvin: Məni gecə Böyük Tehran zindanına köçürüblər

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı sənətçi və siyasi məhbus Morteza Pərvin yaxınları ilə telefon əlaqəsi zamanı Evin həbsxanasından Böyük Tehran həbsxanasına köçürüldüyünü deyib. Murtəza Pərvinin yaxınlarının verdiyi məlumata görə, məhbus rəssam Mürtəza Pərvin digər siyasi məhbuslarla birlikdə Evin zindanının 4-cü palatasından Böyük Tehran zindanına köçürülüb. Mürtəza Pərvinin zəng …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər Tağızadənin “TV Musavat” kanalında “Tehranda güclü partlayış! – insanlar öldü, polis əraziləri mühasirəyə aldı – İsrail dayanmır?” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “TV Musavat” kanalında “Tehranda güclü partlayış! – insanlar öldü, polis əraziləri mühasirəyə aldı – İsrail dayanmır?” mövzusunda çıxış etmişdir. Sayın Əjdər bəy Tağızadə çıxışında həmçinin müharibənin bitmiş sayılmasına baxmayaraq Tehranda partlayışların olması …

Ətraflı oxu »

Molla rejimi Təbrizdə azərbaycanlı milli fəalları mühakimə edib

GADTB: İrqçi fars-molla rejimi iyunun 23-də Təbrizdə azərbaycanlı milli fəalları mühakimə edib. Molla rejimin Təbrizdəki İnqilab Məhkəməsində Güney Azərbaycan Milli Hərəkatının dörd türk fəalı Davud Şiri, Nasir Rəzmcu, Əmirhüseyn Ağayi və Hüseyn Azadın işi üzrə məhkəmə iclası keçirilib. Azərbaycanlı fəallara qarşı “rejimə düşmənlik edən qruplara üzv olmaq” və “milli təhlükəsizliyə …

Ətraflı oxu »

Tramp CNN-in “İranın nüvə obyektlərinin hələ də fəaliyyətdə olması” ilə bağlı xəbərinə reaksiya verib

GADTB: ABŞ prezidenti Donald Tramp dünən CNN telekanalının “İranın nüvə obyektlərinin hələ də fəaliyyətdə olması” ilə bağlı xəbərinə qəzəblənib.  O, “Truth Social” sosial şəbəksində telekanalın xəbərini saxta adlandıraraq yazıb: “CNN iflasda olan “The New York Times” ilə birləşərək tarixin ən uğurlu hərbi zərbələrindən birini kiçiltməyə cəhd edir. İrandakı nüvə obyektləri …

Ətraflı oxu »

Molla rejimi atəşkəsdən sonra həbs dalğasına başladı

GADTB: İrqçi fars-molla rejimin ETTELAAT qüvvələri iyunun 13-dən 24-ə kimi ölkənin müxtəlif bölgələrində 700 nəfəri həbs edib. Molla rejimi iddia edir ki, 12 günlük müharibədə İsrailin 700 casus və muzdlusunu həbs edilib Rəsmi medianın iddiasına görə, həmin şəxslər PUA- idarə etməkdə, bombalar hazırlamaqda, hərbi obyektlərin görüntülərini əldə etməkdə və İsrailə …

Ətraflı oxu »

Qrossi: Zənginləşdirilmiş uranın harada olduğunu müəyyənləşdirmək üçün AEBA-nın İranda fəaliyyətinin bərpası zəruridir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi hesab edir ki, təcili şəkildə İran ərazisində agentliyin müfəttişlərinin işini bərpa etmək lazımdır. Qrossi bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, təxminən 400 kiloqram zənginləşdirilmiş uranın dəqiq harada yerləşdiyini müəyyənləşdirmək üçün vacibdir. “Bizdə bu materialların harada …

Ətraflı oxu »