GADTB: ABŞ və İsrail İranın Ərdəkan şəhərində yerləşən uran konsentratı istehsal edən zavoda zərbə endirib. Bu barədə İranın Nüvə Enerjisi Təşkilatı məlumat yayıb. Məlumata görə, hücum nəticəsində radioaktiv sızma qeydə alınmayıb.
Ətraflı oxu »Gündəlik Arxivlər: Mart 27, 2026
İranın raket arsenalının üçdə birinin məhv edildiyi bildirilir
GADTB: Reuters bildirib ki, Amerika kəşfiyyatına yaxın mənbələrin bildirdiyinə görə, ABŞ İranın raket arsenalının təxminən üçdə birini məhv etdiyini dəqiqliklə təsdiqləyə bilir. Digər üçdə bir hissənin vəziyyəti isə hələ də aydın deyil. Mənbələr bildirib ki, bombardmanlar qalan raketlərin bir hissəsini yeraltı obyektlərdə zədələyib, məhv edib və ya dağıntılar altında basdırıb. …
Ətraflı oxu »GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Türk TV”-də “İran generallarını tələyə saldılar – Şoka salan kütləvi ölüm” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin terrorçu Sepah başçılarının toplantısının vurulması, çox sayda terrorçu Sepah …
Ətraflı oxu »Cənubi Azərbaycan və İran şəhərlərində İran rejiminin mövqelərinə qarşı hava hücumları davam edir
GADTB: Bu gün səhər saatlarından etibarən Cənubi Azərbaycanın bəzi şəhərlərində İran rejiminin mövqeləri hücumların hədəfi olub. Urmiyəyə edilən hədəfli hücumda, təxminən on il xüsusi təyinatlı qüvvələrin komandanı olmuş polis qüvvələrinin əməliyyat üzrə müavini Həsən Kərəminin ata evi vurulub. Əgər bu sui-qəsd uğurlu olubsa, 2019-cu il etirazlarının əsas şəkildə yatırılmasına cavabdeh …
Ətraflı oxu »Türkiyədə “Çoxmillətli NATO qərargahı” yaradılacaq
GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyədə yeni NATO qərargahının yaradılması üçün işlərin davam etdiyini təsdiqlədi. Nazirlik 26 martda keçirilən həftəlik mətbuat konfransında NATO-nun “Cənub-Şərq Regional Planı” çərçivəsində yeni Korpus Qərargahının yaradılması üçün 2023-cü ildə əmr verdiyini və bu məsələ ilə bağlı 2024-cü ildə NATO-ya bəyannamə təqdim edildiyini bildirdi. Türkiyə Milli …
Ətraflı oxu »Traxturun Asiya yarışlarında iştirakı ləğv edildi
GADTB: İranın Gənclər və İdman Nazirliyi bəzi xarici yarışlarda idmançıların təhlükəsizliyini təmin edə bilmədiyini açıqladıqdan sonra, Azərbaycan təmsilçisi olan Traxtur klubunun Asiya Çempionlar Liqasında iştirakının dolayı şəkildə məhdudlaşdırıla biləcəyi barədə ehtimallar artıb. İranın rəsmi IRNA xəbər agentliyinin yaydığı məlumata görə, Gənclər və İdman Nazirliyi xüsusi şərait və bəzi ölkələrdə iranlı …
Ətraflı oxu »Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin baş nazirlərinin II iclası keçiriləcək
GADTB: Azərbaycanın paytaxtı Bakıda 1-2 aprel tarixlərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin baş nazirlərinin 2-ci iclası keçiriləcək. Bu barədə Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömüraliyev məlumat verib. O bildirib ki, baş nazirlərin görüşündə iqtisadi və nəqliyyat logistika məslələləri müzakirə olunacaq.
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi