Cümə axşamı , Yanvar 23 2025
azfa

21 Azərin ildönümü Güney Azərbaycan şəhərlərində anıldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2018-ci il dekabr ayının 12-də 21 Azər – Milli Hökumətin yarandığı gün münasibətilə müxtəlif tədbirlər keçirilib. Təbriz, Ərdəbil, Urmiya, Zəncan və ümumiyyətlə Güney Azərbaycan şəhərlərində azərbaycanlı fəallar müxtəli tədbirlər, o cümlədən vərəqələr yaymaq və divarlara afişalar yapışdırmaq, eləcə də geniş şəkildə divarlara milli şüarlar yazmaqla Azərbaycan Milli Hökumətinin təşkilinin ildönümünü andılar.

Təbriz və Ərdəbildə divarlara yapışdırlan afişaların üzərində “1945-ci ildə babalarımız Məhəmmədrza şaha yox dedilər, bu gün də biz Rza Pəhləviyə yox deyirik” və s. şüarlar yazılmışdı.

Urmiyada və digər şəhərlərdə də çoxsaylı vərəqələr paylanılmış və ya divarlara yapışdırılmışdır. Güney Azərbaycan əksər şəhərlərində azərbaycanlı fəallar işğalçı fars rejimə etiraz olaraq həmçinin divarlara milli şüarlar yazmış və 21 Azərin ulu xatirəsini anmışlar.

İşğalçı fars rejimi isə azərbaycanlı öyrəncilərə 21 Azərlə bağlı rəsmi tədbir keçirməyə icazə verməyib.

Həmçinin yoxlayın

Türkiyədən Cənubi Kiprə xəbərdarlıq

GADTB: Cənubi Kipr administrasiyası tərəfindən verilən NAVTEX (dənizçilərə xəbərdarlıq) elanı Türkiyənin dəniz yurisdiksiya ərazilərindən kənardadır …

Əsədin Türkiyəyə qarşı planı uzun müddət sonra ifşa edildi

GADTB: Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Türkiyəyə qarşı planı illər sonra üzə çıxıb. Suriyanın keçmiş …

Bir cavab yazın