Cümə , Oktyabr 23 2026
azfa

21 Fevral – Beynəlxalq Ana Dili Günü Güney Azərbaycan şəhərlərində müxtəlif tədbirlərlə anıldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 21 Fevral – Beynəlxalq Ana Dili Günü Güney Azərbaycan şəhərlərində müxtəlif tədbirlərlə anıldı. Azərbaycanlı siyasi məhbuslar aclıq aksiyası keçirərkən, Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Tehran, Qoşaçay və s. Azərbaycan şəhərlərində məktəblilərə türkcə kitablar paylanılıb, posterlər yapışdırıldı.

Azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri və Əmir Səttari bir neçə gün əvvəl bəyanat yayaraq fevralın 20-dən aclıq edəcəklərini elan ediblər. 5 gün davam edəcək aksiya məktəblərdə Azərbaycan türkcəsinin tədris olunmaması və türk dilinin İranda rəsmi dil kimi tanınmamasına etiraz olaraq keçirilir.

Azərbaycanlı fəallar həmçinin Tehranda 40 milyon türkün dilində təhsilin olmamasının zülm olduğunu əks etdirən posterlər çap edərək divarlara yapışdırıblar.

Təbrizdə də azərbaycanlı fəallar divarlara 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə bəyanat yayıb və çap edərək divarlara yapışdırıblar.

Azərbaycanlı fəallar tərəfindən Ərdəbil, Qoşaçay və s. şəhərlərdə məktəblərdə şagirdlərə çox sayda Azərbaycan türkcəsində kitablar hədiyyə edilib. Azərbaycanlı milli-mədəni fəallar tərəfindən kitabların paylanması müəllimlər, şagirdlər və onların valdeyinləri tərəfindən coşqu ilə alqışlanıb.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın