Cümə axşamı , May 7 2026
azfa

Güney Azərbaycanda universitetdə öyrəncilər Azərbaycan türkcəsinin tədrisi üçün imza topladılar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycan Marağa şəhərinin Universitetinin öyrənciləri Azərbaycan türkcəsinin tədrisi ixtisası üçün imzatoplama kampaniyası keçiriblər. Onlar 900-dək imza toplamaqla təhsil müəssisəsində Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisasının yaradılmsını tələb ediblər.

Bu məqsədlə Universitetdə 900-dən çox türk öyrənci imza toplayıb.

Məktub imzalarla birlikdə fevralın 20-də universitet rəhbərliyinə təqdim olunub. Öyrəncilərin müraciəti isə Marağa Universitetinin rəhbərliyi tərəfindən səlahiyyətli orqanlara göndəriləcək.

Məlumata görə, Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisası yalnız Elm, Təhqiqat və Texnologiya Nazirliyi razılıq verəcəyi təqdirdə təsis edilə bilər.

Qeyd edək ki, 21 Fevral Dünya Ana Dili Günü münasibətilə Güney Azərbaycanda müxtəlif tədbirlər həyata keçirilir. Bu da həmin tədbirlər çərçivəsində həyata keçirilib. Lakin rejim hələ də Azərbaycan türkcəsini məhv etməyə çalışır.

Həmçinin yoxlayın

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Bir cavab yazın