Çərşənbə , Aprel 24 2024
azfa

250 erməni əsgəri Azərbaycana təslim oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 27-dən Qarabağda başlayan yeni esakalasiya Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ilə davam edir.

10 gündür davam edən döyüşlərdə Azərbaycan silahlı qüvvələri xeyli ərazini işğaldan azad edib, düşmənin çoxlu sayda canlı qüvvəsi və zirehli texnikası məhv edilib. Cəbhədən gələn xəbərlər deməyə əsas verir ki, Azərbaycan Ordusu cəbhə bölgəsində inamla irəliləməkdə davam edir.

Artıq Ermənistan tərəfi də itkilərini etiraf etmək məcburiyyətində qalıb.

Bu arada Türkiyənin A Haber telekanalı məlumat yayıb ki, sentyabrın 27-dən bu yana Ermənistan silahlı qüvvələrinin əsgərləri Azərbaycan Ordusuna təslim olmağa başlayıb. “Bu bölgədə ermənilərin itkiləri hər keçən dəqiqə, hər keçən saniyə artır. Şanlı Azərbaycan Ordusu bölgədə irəliləyir. Bu günə qədər 250 erməni əsgər əsir alınıb”, – deyə telekanalın əməkdaşı hazırladığı reportajda bildirib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın