Bazar ertəsi , Oktyabr 19 2026
azfa

3 türk ölkəsinin siyasi xadimləri Ankarada konfrans keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankarada Türkiyə Prezident Administrasiyası yanında Milli Kitabxanada Qazaxıstan, Türkiyə və Azərbaycandan tanınmış ictimai və siyasi xadimlərinin iştirakı ilə “Türk dünyası: Tarix, bu gün, gələcək” Beynəlxalq Konfransı keçirilib.

Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş tədbir Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbaşı Kitabxanası, Xarici İşlər Nazirliyi və bu ölkənin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

İştirakçılar Türk dövlətləri arasında əməkdaşlıq, xalqlarımızın tarixi və mədəniyyətinin öyrənilməsi və təbliği istiqamətində fikir mübadiləsi aparıblar.

Konfransda Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türk dünyasında inteqrasiya perspektivləri mövzusunda çıxış edib.

Konfransdan sonra Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbaşı Kitabxanası ilə Türkiyə Prezident Administrasiyası yanında Milli Kitabxana arasında əməkdaşlıq memorandumu imzalanıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …