Şənbə , Aprel 27 2024
azfa

31 Aralıq Dünya Azərbaycanlılar Dayanışma (Həmreylik Günü) qutlu olsun

GADTB: Güney Azərbaycan ilə Quzey Azərbaycan Türklərinin birləşmə və Böyük Bağımsız Azərbaycan’ın yaranış qıvılcımı böylə bir gündə parlamışdır. 1828 ilində Rus işqalına uğrayan Quzey Azərbaycan və 1925 ilində İran-Fars rejiminin işqalına geçən Azərbaycan Məmləkəti 1989da bağımsızlıq, özgürlük və birləşmə sürəcinə başlamışdır. Bu qutlu gün, 35 milyondan çox Güney Azərbaycanlı Türkün, 10 milyondan çox Quzey Azərbaycan Türkün, və düynaya yayılmış 5 milyondan çox Türkün birləşmə günüdür. Böyük Azərbaycan’ın yaranması, Güney Azərbaycan’ın İran Fars işqalından qurtuluşundadır. Böyük Bağımsız Azerbaycan’ın yaranması tarixi bir gərəklilikdir. Bu gərəkliliği gərçəğə çevirmək, hər Azərbaycanlının və hər Türkün sorumluluğudur. İndi, Güney Azerbaycan bağımsızlığı, hər zamandan çox yaxın görünür. Millətimiz hər gün hər yerdə, İran işqalına qarşı eyləmdədir. İran devlətçiliği hər zamandan çox güçsüz və gərgin durumdadır. Azərbaycan Cumhuriyəti isə, Qarabağ sorununu çözmüş, həm bölgədə və həmdə dünya səviyəsində ən güçlü və istiqrarlı durumdadır. Birləşməğə doğru, Güney Azərbaycan millətinə bu cuğrafi-siyasi fırsat yaranmışdır.

Biz, Güney Azerbaycan öz müqəddəratini təin etmə ( bağımsızlıq…) yolunda hərkəsi dayanışmaya və yardımlaşmaya çağıraraq, bir daha Dünya Azeərbayanlılar Dayanışma Gününü qutluyuruq.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi

Azərbaycan Mərkəz Partiyası (AMP)

Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan  Öyrənci  Hərəkatı (AZOH)

Güney Azərbaycan milli Azadlıq Cəbhəsi (GAMAC)

Güney Azərbaycan  Demokrat Partiyası (GADP)

Güney Azərbaycan  İstiqlal Partiyası (GAİP)

Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)

Güney Azerbaycan Demokratik Türk  Birliyi (GADTB)

31/12/2022

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …