Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

7 dövlət Türkiyəyə qarşı birləşdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, MED-7 (Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kipr) zirvəsində qəbul edilən bəyanatda Şərqi Aralıq və Kipr məsələsi ilə bağlı ifadələrin hüquqi əsası yoxdur.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O, Yunanıstanı beynəlxalq hüquqa və dəniz yurisdiksiyasına qarşı iddialarından imtinaya dəvət edib:

“Gərginliyin azaldılması üçün yunanlar Türkiyənin “Oruc Rəis” gəmisinin ətrafından freqatları geri çəkməli, Meis daxil olmaqla, Egey dənizindəki adaları silahlandırmaqdan imtina etməli və Qərbi Trakyada türklərə qarşı artan təzyiqlərə son verməlidir. Türkiyə Aralıq dənizinin şərq hissəsində ən uzun sahili olan və Avropa Birliyi üzvlüyünə namizəd ölkədir. Yunanıstanın qeyri-şərtsiz Türkiyə ilə masaya oturması, Kiprin yunan və türk əhalisi karbohidrogen ehtiyatlarının axtarışı və istismarı üçün əməkdaşlıq etməsi vacibdir. Həmrəylik düzgünlüklə olur. Haqsızla həmrəylik olmaz”.

Qeyd edək ki, Korsikada Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kiprin iştirakı ilə toplantı keçirilib. Toplantıda Türkiyə tərəfindən guya suverenliyi pozulan Yunanıstan və Cənubi Kiprə dəstək ifadə edilib, 24-25 sentyabrda keçiriləcək AB zirvə toplantısında Türkiyəyə qarşı sanksiyanın görülə biləcəyi xatırladılıb.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …

Bir cavab yazın