Bazar , Avqust 16 2026
azfa

8 Noyabr – Azərbaycanda Zəfər Günü münasibəti ilə GADTB-nin təbrik mesajı

GADTB: 8 Noyabr – Azərbaycanın Zəfər Günüdür. Bu təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, bütün Azərbaycan türklərinin Zəfər Bayramıdır.

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində misilsiz qələbəsi nəticəsində 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi tarixə düşmüşdür. Müzəffər Azərbaycan Ordusu igidliklə həmin gün dünyanın savaş tarixində mümkün olmayanı mümkün etdi. 28 il sonra Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanı xüsusi igitliklə erməni işğalından azad etdi.

Birinci Qarabağ savaşında işğalçı Ermənistana gizli yardım edən İranın fars-molla rejimi İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun ilk günlərdən irəliləməsini gördükdə artıq əl-ayağa düşərək açıq şəkildə işğalçı Ermənistana dəstək vermişdir. İran  rejimi silah-sursat dolu yük maşınlarını Ermənistana göndərmək və hətta PKK terrorçularını Qarabağa daşımaqla işğalçı Ermənistanın məğlub olmasına mane olmuşdur. Lakin Güney Azərbaycan İran rejiminin ciddi təzyiqlərinə baxmayaraq davamlı olaraq Azərbaycan Ordusuna dəstək nümayiş etdirib, İranın Ermənistana hərbi yardımlarını dayandırması və Nurduz Gömrük Məntəqəsinin bağlanmasını tələb etmişlər. İran rejimi isə Güney Azərbaycanın dinc etiraz nümayişinə divan tutaraq çox sayda azərbaycanlı fəalı həbs etmişdir.

İranın, Rusiyanın, Fransanın və bütün ermənipərəst ölkələrin səylərinə baxmayaraq, Azərbaycan Ordusu 44 gündə işğalçı Ermənistanı diz çökdürərək tarix yazdı. Noyabrın 8-də Qarabağın tacı, Azərbaycanın musiqi və mədəniyyət beşiyi – Şuşannın azad edilməsindən sonra artıq işğalçı Ermənistanın beli büküldü. Təslim olan Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını da müharibəsiz Azərbaycana qaytarmağa məcbur oldu.

2023-cü ildə isə Ermənistanın qanunsuz hərbçi dəstələrinin Azərbaycanın Qarabağ bölgəsində çıxmaması və Azərbaycana qarşı təxribat və terror törətməsi Azərbaycanı anti-terror tədbirlərinə məcbur etdi. Bununla Azərbaycan Ordusu Xankəndi, Xocalı və Ağdərəni də azad edərək Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycanın Zəfər Gününü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Azərbaycan Dövlətini, Azərbaycan Türk Millətini və Türk Dünyasını ürəkdən təbrik edir!  Bu zəfər həm də Bütöv Azərbaycan və Türk dünyasının uğurudur.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Trampın molla rejiminə qarşı iqtisadi təzyiq planları açıqlanıb

GADTB: ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqi daha da artırmaq niyyətindədir. Reuters xəbər …

İranda milyardlarla dollarlıq neft qalmaqalında məmur övladlarının adı hallanır

GADTB: İranda təxminən 11 milyard dollarlıq neft gəlirinin mənimsənilməsi ilə bağlı genişmiqyaslı korrupsiya gündəmə gəlib. …