Şənbə , Sentyabr 19 2026
azfa

Fars şovinizminin ünsürlərindən bir olan Rafeipura cinayət işi açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda müxtəlif televizya kanalları, media və konfranslarda Azərbaycan Respublikasına qarşı davamlı qərəzli çıxışları ilə məşhur olan fars şovinizminin ünsürlərindən Əli Əkbər Rafeipur barədə cinayət işi açılıb. Bu barədə İran məhkəmə sisteminin “Mizan” saytı məlumat yayıb.

Məlumata görə, o, “yalan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmaq”da günahlandırılıb.

Onun xeyriyyə işləri adı altında vətəndaşlardan külli miqdarda vəsait topladığı haqda da məlumatlar var.

Qeyd edək ki, İranda antiazərbaycançı kimi tanınan Əli Əkbər Rafeipur Ermənistanı qorumaq üçün İranın bu ölkəyə ordu göndərməsini təklif etmişdi.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …