Molla rejimin həbs etdiyi azərbaycanlı vəkilin sağlığı təhlükə altındadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı vəkilin sağlığı təhlükə altındadır.

Almaniyada yaşayan tanınmış azərbaycanlı vəkil Sina Yusifi dünən “X” hesabında paylaşım edərək molla rejimin həbsdə saxladığı həmkarı Tahir Nəqəvinin sağlıq durumunun ağır olması barədə məlumat verib.

Sina Yusifi bununla bağlı yazıb: “Tahir Nəqəvinin (vəkil) ötən həftə ağır cinayətlər törətmiş məhbuslar tərəfindən vəhşicəsinə döyülməsi nəticəsində boyun nahiyəsindən zədə alması və həbsxana rəhbərliyinin onun xəstəxanaya göndərilməsi haqda açıqlama verməsinə baxmayaraq, bununla bağlı heç bir tədbir görülməyib. Güneyli vəkilin əvvəlki xəstəliyini və ciddi boyun zədəsi aldığını nəzərə alaraq, onun xəstəxanaya göndərilməməsi Tahir Nəqəvinin sağlıq durumunu ciddi təhlükəyə atacaq”.

Qeyd edək ki, 6 aya yaxın Evin zindanında həbsdə saxlanılan Tahir Nəqəvi, Hüseyn Piri və bir sıra digər azərbaycanlı siyasi məhbuslar ETTELAAT Nazirliyinin qüvvələrinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyası keçirmişdilər.

O, “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq”da günahlandırılıb.

Azərbaycanlı fəal fevralın 6-da molla rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …