GADTB: BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi İrana qarşı ABŞ-ın yeni hücumlarına toxunaraq bildirib: “İranda xalqlar xarici hücum və daxili repressiya arasında sıxışıb qalıb; həm xarici hücum, həm də daxili repressiya sona çatmalıdır”. Mai Sato cümə axşamı, sentyabrın 3-də sosial şəbəkə “X”-də paylaşdığı açıqlamada yazıb: “Hesabatımı Baş Assambleyaya təqdim …
Ətraflı oxu »Gündəlik Arxivlər: Sentyabr 3, 2026
Tramp: Hörmüz boğazından neft axını müharibədən əvvəlki səviyyəyə qayıdıb
GADTB: ABŞ Prezidenti cümə axşamı, sentyabrın 3-də özünün “Truth Social” sosial şəbəkəsində paylaşdığı yazıda Hörmüz boğazından keçən neftin həcminin İranla müharibədən əvvəlki səviyyəyə qayıtdığını bildirib. Donald Tramp Hörmüz boğazı və neft çəlləklərini əks etdirən qrafiklər paylaşaraq yazıb ki, müharibədən əvvəl boğazdan gündəlik 20 milyon barel neft keçirdi, hazırda isə bu …
Ətraflı oxu »Qoç Koroğlu (Gəçsaran) rayonunda işə qəbulda ayrı-seçkiliyə etiraz edən türk qaşqay gənclərinə güllə ilə cavab verildi
GADTB: Qou Koroğlu (Gəçsaran) rayonunda bir qrup türk qaşqay gəncinin Liştər neft emalı zavodu layihəsində işə qəbul prosesində ayrı-seçkiliyə, ədalətsizliyə və siyasi əlaqələrin təsirinə etiraz olaraq keçirdiyi aksiya İranın təhlükəsizlik qüvvələrinin zorakı müdaxiləsi və birbaşa atəş açması ilə qarşılaşıb. Baydaq Nyus-un məlumatına görə, sentyabrın 1-də polis qüvvələri Boirəhməd Gərmsir və …
Ətraflı oxu »İsrailin müdafiə naziri: Tehran hücum edəcəyi təqdirdə İrandakı enerji infrastrukturlarını hədəfə alacağıq
GADTB: İsrailin müdafiə naziri İsrael Kats sentyabrın 3-də Roş-Ha-Şana mərasimində Müdafiə Nazirliyinin əməkdaşları ilə görüşü zamanı bildirib ki, İran rejiminin İsrailə hücum etməsi İsraili bütün məhdudiyyətlərdən azad edəcək və ölkə hətta enerji infrastrukturlarını da hədəfə alacaq. İsrailin müdafiə naziri deyib: “Enerji infrastrukturları da daxil olmaqla, bütün milli, hərbi və mülki …
Ətraflı oxu »ABŞ energetika naziri: İran Hörmüz boğazı vasitəsilə dünyanı girov saxlaya bilməz
GADTB: ABŞ-ın energetika naziri İran rejiminin Hörmüz boğazından istifadə edərək dünyaya təzyiq göstərə biləcəyi iddiasını rədd edib. O bildirib ki, mövcud infrastruktur neftin dünya bazarlarına çatdırılması üçün daha çox alternativ yol yaradıb. Nazir həmçinin vurğulayıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri bazar ertəsi Hörmüz boğazından çıxan 17 milyon bareldən çox xam …
Ətraflı oxu »ABŞ-ın İrana qarşı zərbələri gücləndirəcəyi bildirilir
GADTB: ABŞ prezidenti Donald Trampın administrasiyası noyabr ayında keçiriləcək aralıq konqres seçkilərinədək İranla müharibənin daha da genişlənməsinin qarşısını almağa çalışır. Ancaq Ağ Ev rəsmilərinin seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların gücləndirilməsi imkanını nəzərdən keçirdiyi bildirilir. Reuters dörd mənbəyə istinadən xəbər verir ki, vitse-prezident Cey Di Vens də daxil olmaqla Trampın …
Ətraflı oxu »Azərbaycanlı fəal Beytullah Bərzgər Xiyavda məhkəmə sistemində korrupsiyanı ifşa etdikdən sonra saxlanılıb
GADTB: Xiyav sakini olan azərbaycanlı fəal Beytullah Bərzgər (Tariyel) məhkəmə sisteminin fəaliyyətini tənqid etməsi, habelə bu qurumda rüşvət, korrupsiya və qanunsuz imtiyazlarla bağlı bəzi məsələləri açıqlamasının ardından rayonun məhkəmə rəsmilərinin müdaxiləsi ilə saxlanılıb. Azərbaycanlı fəal Xiyav məhkəmə sisteminin fəaliyyətini açıq şəkildə tənqid etdikdən, bu qurumda rüşvət, korrupsiya və səmərəsizliklə bağlı …
Ətraflı oxu »Əsgər Əkbərzadə 8 milyard tümən girov qarşılığında Ərdəbil həbsxanasından zaminə buraxılıb
GADTB: Azərbaycanlı fəal Əsgər Əkbərzadə təxminən iki aylıq həbsdən sonra 8 milyard tümən girov qarşılığında Ərdəbil Mərkəzi Həbsxanasından azad edilib. Azərbaycanlı fəal 1405-ci il tir ayının 7-də “Siyamək Mirzəyi” və “Əli Vasiqi” ilə birlikdə molla rejimin qüvvələri tərəfindən saxlanılıb və dindirilmə mərhələləri başa çatdıqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb. Əkbərzadə …
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi