Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Güney Azərbaycan və İranda tibb işçilərinin etiraz və tətilləri davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan və İranda tibb işçilərinin etiraz və tətilləri iki həftəyə yaxındır ki davam edir

Etirazla bağlı İranın Tibb İşçiləri Evinin baş katibi Məhəmməd Şərifi Müqəddəm deyib ki, heç vaxt bu cür uzunmüddətli aksiyalar olmayıb.

Şərifi Müqəddəmin sözlərinə görə, hökumət rəsmiləri gerçəkliyi qəbul edib tibb işçilərinə yardım göstərmək əvəzinə onları çağıraraq qanun pozuntuları bəhanəsi ilə sıxışdırırlar.

Tibb bacıları və ümumiyyətlə tibb işçiləri aşağıdakı etiraz şüarları:

“Tibb işçisi hayqır, maaşını alanadək fəryad et!”;

“Boş sözlər kifayətdir, süfrəmiz boşdur!”;

“Xərclərimiz dollarla, maaşlarımız isə rialladır!”

Qeyd edək ki, irqçi fars-molla rejimi rejimi tibb bacılarını kölə vəziyyətinə salıb və olduqca aşağı əmək haqqı ilə onları ağır şəraitdə işlədir. Bu da onların etirazlarına səbəb olur.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …