Cümə axşamı , Oktyabr 15 2026
azfa

Sağlıq durumu pisləşən azərbaycanlı fəalın xəstəxanaya aparılmasına icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, həbs müddətinin başa çatmasına 18 gün qalmış azərbaycanlı idmançı və fəal Kərim İsmayılzadə Təbriz zindanında mədə qanaxması ilə qarşılaşıb.

Lakin həbsxananın həkimləri onun xəstəxanaya aparılmalı olduğunu vurğulasalar da, azərbaycanlı milli fəalın məhkəmə işinə baxan hakim onun müalicə üçün xəstəxanaya yerləşdirilməsinə icazə vermir.

Qeyd edək ki, Urmiya gölünün qurudulması və Araz çayının Ermənistan tərəfindən çirkləndirməsinə etiraz etdiyi üçün həbs edilən azərbaycanlı fəal bir müddət öncə milli fəallara dəstək olaraq aclıq aksiyası keçirdiyi üçün sağlıq durumu daha da pisləşmişdi. Lakin molla rejimi fəalın dərmanlarının ona çatdırılmasına da mane olmuşdular.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …