Çərşənbə , İyul 29 2026
azfa

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru qoşunlarını cəlb edib və üç iranlını əsir götürüblər.

Bu barədə Suriyanın müxalif mediası yazır.

Qeyd edilir ki, əməliyyat pilotsuz təyyarələrin dəstəyi ilə həyata keçirilib və bu, eniş yerinə yaxınlaşmağı mümkünsüz edib.

Bundan əlavə, Yunanıstanlı Yaxın Şərq tədqiqatçısı Eva Koulouriotis İsrail qüvvələrinin Suriyadakı raket zavoduna sızmağı, bəzi sənədləri və mühüm avadanlıqları götürməyi və onu məhv etdikdən sonra qaçmağı bacardığını bildirib.

Suriyada Hizbullah və İranın nəzarətində olan yaraqlılar məhv edilib

İsrail ordusunun Suriyanın Qolan təpələrindəki Quneytərə əyalətinə endirdiyi hava zərbələri nəticəsində Hizbullahın Suriyadakı qolunun yaraqlısı Əhməd Əl-Cabir öldürülüb.

Onunla yanaşı, Suriyanın cənubundakı Rəfid bölgəsində İranın rəhbərliyi altında İsrailə qarşı terror aktları hazırlayan daha bir yaraqlı zərərsizləşdirilib. /Azad İran

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …