Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəallara həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı milli fəallar Vədud Əsədi və Yaşar Nikrunu mədəni fəaliyyətlərinə görə həbsə məhkum etdi.

Azərbaycanlı milli fəallar Rəşt şəhərinin İnqilab Məhkəməsinin 3-cü bölməsi tərəfindən həbs cəzasına məhkum ediliblər.

Vədud Əsədi “hökumət əleyhinə təbliğat”, “müxalif qruplara üzv olmaq” və “rəhbəri təhqir etmək” ittihamlarına görə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Yaşar Nikru isə “hökumət əleyhinə təbliğat”da günahlandırılıb və barəsində 1 il həbs qərarı çıxarılıb.

Qeyd edək ki, adı çəkilən fəallar fevralın 6-da həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb, martın 9-da isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst uaxılmışdılar.

Vədud Əsədi və Yaşar Nikru bundan əvvəl də din mədəni fəaliyyətlərinə görə, bir neçə dəfə saxlanılıblar.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …