Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimin məmurları Nadarlıda azərbaycanlı fəalların evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin  ETTELAAT qüvvələri Şərqi Azərbaycan əyalətinin Şəbistər bölgəsinin Nadarlı kəndində yaşayan azərbaycanlı milli fəlların evlərinə hücum ediblər.

Rejimin məmurları azərbaycanlı fəallar Məhəmmədrza Əqdəsi, Hadi əqdəsi, Vəhid Qafari və Calal Nurməhəmmədinin evlərində axtarış aparılıb.

Heç bir məhkəmə qərarı təqdim etmədən adı çəkilən fəalların mobil telefon, komputer və kitabları müsadirə edilib.

Qeyd edək ki, ötən il də, həmin kəndə yaşayan milli fəallar Araz Amani, Həsən Amani və Mürtəza Məhəmmədi həbs edilib və bir müddət sonra girov qarşılığında müvəqqəti azad ediliblər.

Bununla yanaşı həmin kənddən olan milli fəal Əli Rəzizadə Nadarlı hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …