Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Qalibaf yenə qonşu ökələri hədələdi

GADTB: Tehran öz ərazilərindən İslam Respublikasına qarşı potensial hücumlar üçün istifadə edilməsinə icazə verən ölkələrə cavab verəcək.

Bu sözləri İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf səfər etdiyi Livanda “Əl-Mayadin” kanalına müsahibəsində deyib.

“Biz dəfələrlə bildirmişik ki, qonşu ölkələrin hava məkanı və ərazisi ölkəmizə hücum etmək üçün istifadə edilməməlidir. Üçüncü ölkənin ərazisindən İrana qarşı təcavüz etmək üçün istifadə edilərsə, bizim cavabımız aydın və təbii olacaq. Çünki biz İrana hücum edilən istənilən yerə qarşı cavab tədbirləri görəcəyik. Dəfələrlə bəyan etmişik ki, müharibənin genişlənməsini istəmirik, lakin şübhəsiz ki, ölkəmizə qarşı istənilən hücuma güclü və layiqli cavab verəcəyik”, – Qalibaf bildirib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …