Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycan milli fəal Yusif Kari Ərdəbildə həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Yusif Kari dünən molla rejimin məmurları tərəfindən həbs edilib.

Milli fəaliyyətlərinə görə bir sıra işlərdən məhrum edilən və şəhərdə meyvə satmağa başlayan azərbaycanlı fəal polis tərəfindən həbs edilib və Ərdəbil şəhərinin 14-cü polis bölməsinə, oradan da rejimin Baş və İnqilab Prokurorluğuna aparılıb.

Molla rejimin bir sıra orqanlarının təzyiqi ilə əvvəllər dəfələrlə əmək fəaliyyətinə qadağa qoyulan və çətinlik törədilən Kari son aylarda alverlə məşğul olub və dünən polis tərəfindən həbs edilib.

Qeyd edək ki, Yusif Kari dəfələrlə milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə molla rejimi tərəfindən həbs və təzyiqlərlə qarşılaşmışdır.

https://t.me/GADTB1/38224

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …