Cümə axşamı , İyul 30 2026
azfa

COP29-da konfrans iştirakçıları aksiya keçirdi – Video

GADTB: Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə konfrans iştirakçıları “Pay up” (“Ödəmə vaxtıdır”) şüarı altında aksiya keçiriblər.

Axar.az Report-a istinadən xəbər verir ki, bu, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə və həssas ölkələrə dəstək üçün inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaqla bağlı çağırışdır.

Fəallar resursların ədalətli yenidən bölüşdürülməsinin və istixana qazı emissiyaları yüksək olan ölkələrin öhdəliklərinin yerinə yetirilməsinin vacibliyinə diqqət çəkiblər.

İştirakçıların iqlim ədaləti və həmrəyliyin əhəmiyyəti haqqında şüarlar yazılmış pankartlar tutduğu aksiyadan görüntüləri təqdim edirik.

Video:

https://t.me/GADTB1/38531

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …