Cümə , Oktyabr 16 2026
azfa

İran yetişdirdiyi terrorçu qüvvələri üçün kimyəvi silahlar hazırlamağa çalışır

GADTB: Almaniyanın “Bild” qəzeti yazıb ki, “SEPAH öz müvəkkil qüvvələri üçün kimyəvi silahlar istehsal etməyə çalışır.

ABŞın Terrorla Mübarizə Mərkəzinin eksperti Metyu Levit qəzetə müsahibəsində bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərinə əsasən, İslam Respublikası 1984cü ildən 🇨🇳 Çin və Rusiya mütəxəssislərinin köməyi ilə kimyəvi silah istehsalı üzərində işləyir.

ABŞ hökuməti öz xəbərdarlıqlarında xüsusi olaraq sinir sistemini hədəf alan və görünüşcə qeyrimüəyyən və qeyriöldürücü adlandırılan, lakin praktikada ölümcül ola bilən narkotik əsaslı kimyəvi silahlardan bəhs edir.

Belə silahlardan biri Rusiyanın 2002ci ildə çeçen üsyançıları Moskva teatrında yüzlərlə insanı girov götürdüyü zaman istifadə etdiyi fentanildən alınır. Rus xüsusi təyinatlıları teatrı geri qaytarmağa nail oldu, lakin bu əməliyyatda 130dan çox girov həlak oldu”./ Azad İran

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …