GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin milli geyiminin lorların adına rəsmiləşdirilməsindən sonra sosial mediada Qaşqay türkləri tərəfindən etiraza çağırış edilib.
Qaşqay qruplarında dərc olunan çağırışlarda Qaşqaylardan Şiraz vilayətinin Mədəni İrs Baş İdarəsinin qarşısına etiraza çıxmaları istənilib.
Qeyd edək ki, son günlərdə İran hökumətinin Qaşqay türklərinin ənənəvi və milli geyiminin lor etnosu adına qeydiyyata alması və bunun uydurma şəkil və video görüntülərlə təbliğ edilməsi Qaşqaylar arasında narazılığıa səbəb olub.
Məsələyə münasibət bildirən “Baydaq News” bu addımı Qaşqay türk xalqının mədəni kimliyinə açıq-aşkar təhqir və İran hökumətinin Qaşqatlara qarşı açıq bölücü siyasətinin təzahürü adlandırıb.
Qaşqay türklərinin ərazisi olan Qaşqayyurd molla rejimi tərəfindən bir neçə əyalətə ilhaq edilib. Sayları 3 milyondan çox olan qaşqaylar molla rejimin hər tərəfli zülmü altında assimilyasiyaya uğradılırlar. Bu istiqamətdə onların mədəniyyəti də özgələrin adına yazılır.