Molla rejimi təbrizli gənci həbs cəzasına məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda 2022-ci ilin sentyabrında öldürülən gənc həkim Aylar Həqqinin 40 mərasimində həbs edilən təbrizli Mirəkbər Hüseyni milla rejimin məhkəməsi tərəfindən 6 aylıq həbs cəzasına məhkum edilib.

Təbrizli gənc fəal daha əvvəl “dövlət quruluşu əleyhinə təbliğat” və “düşmən qruplaşmalarına üzv olmaq” kimi ittihamlarla məhkəmənin qərarı ilə il yarım azadlıqdan məhrum edilmiş və həmin il əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …