Şənbə , İyul 11 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı xanım fəala şallaq vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı xanım fəala şallaq vurub.

Məcburi hicab qaydalarına etiraz etdiyinə görə həbs edilən və hazırda Qərçək zindanında həbsdə saxlanılan azərbaycanlı fəal Roşənək Molayiyə şallaq vurulduqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Roşənək Molayi məcburi hicab qaydalarını pozduğuna görə onu təhqir edən hökumət məmuruna müqavimət göstərdiyini əks etdirən videonun sosial mediada yayılmasından sonra polisə çağırılıb.

Oktyabrın 12-də polisə bölməsinə gedən 25 yaşlı Molayi oradan Vəraminin Qərçək həbsxanasına aparılmışdı.

Azərbaycanlı qız bundan əvvəl 2021-ci ilin sentyabr ayında da ümumi etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilərək Tehranın Evin və Qərçək həbsxanalarında saxlanılıb.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …