Bazar , Noyabr 15 2026
azfa

Suriyada müxaliflər Həmanı azad etdi

GADTB: “Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvləri Suriyanın Həma şəhərinə daxil olduqlarını açıqlayıblar.

Əsəd rejiminə məxsus ordu da faktı təsdiqləyib. Onlar Həma üzərində nəzarəti itirdiklərini açıqlayıblar.

HTŞ-nin rəhbərlik etdiyi silahlı müxalif qruplar Həma şəhərində Əsəd rejiminə aid iki helikopteri vurduqlarını da bildiriblər.

Bundan başqa, Həmadakı bəzi yüksək rütbəli rejim rəsmilərinin Həma Hərbi Hava Limanından havaya qalxan helikopterlərlə Xümsə qaçdıqları vurğulanıb.

Qeyd edilib ki, Əsəd rejimi Həma aviabazasından Xümsə MiQ-23 təyyarələri və helikopterləri daşımağa başlayıb.

Həmçinin yoxlayın

İsrail molla rejiminə qarşı birtərəfli hücuma hazırlaşır

GADTB: İsrail mediası xəbər verir ki, İran İslam Respublikası tərəfindən təcili təhlükə əlamətlərinin olmamasına baxmayaraq, …

Təbriz, Marağa və Əhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulmaq yolunda

GADTB: Yaradıcı Şəhərlər İnstitutunun icraçı direktoru Təbriz, Marağa və Əhər şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə …