Çərşənbə , Dekabr 18 2024
azfa

Molla rejimi 13 aydır azərbaycanlı körpəyə Ataxan adına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi 13 aydır Şəbistərin Nadarlı kəndindən olan Ataxan adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Ataxanın ailəsinə yaxın olan mənbə Balamın adı kampaniyasına bildirib ki, həmin azərbaycanlı körpə 2023-cü ilin noyabr ayının 20-də anadan olub və valideynləri onun üçün Ataxan adını seçiblər. Ancaq Güney Azərbaycanın Şəbistər şəhərinin qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina edib.”

Qeyd edək ki, 2022-ci ildə Adil Çobaninin ailəsi 4 illik mübarizədən sonra öz övladlarına “Ataxan” adı üçün doğum haqqında şəhadətnamə ala bilmişdi.

İrqçi fars-molla rejimi azərbaycanlı körpələrə türkcə ad qoymağı qadağan etməklə Azərbaycan Türk Millətini öz dili və mədəniyyətinə yadlaşmağı və bir millət kimi onları assimilyasiyaya uğratmağı qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

BMT İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda insan haqlarının pozulmasını pisləyən qətnamə dünən BMT …

İlham Əliyev: Sülh üçün İrəvan 2 şərti yerinə yetirməlidir

GADTB: Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl Konstitusiyanı dəyişməli və ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq …