Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimi Rusiyadan Su-35 qırıcıları aldıqlarını təsdiqləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terror təşkilatı olan SEPAH-ın Xatəmülənbiya Mərkəzi Qərargahının koordinasiya üzrə rəis müavini Əli Şadmani İranın Rusiya istehsalı olan Su-35 döyüş təyyarələri aldığını bildirib.

İranın Mudafiə Nazirliyinə bağlı olan Difaperes saytı bu barədə məlumat yayıb.

İran rəsmiləri ilk dəfə olaraq, rəsmi şəkildə Rusiya istehsalı olan Su-35 döyüş təyyarələri aldıqlarını açıqlayıblar.

Molla rejimi bu addımı öz hava qüvvələrinin güclənməsində dönüş nöqtəsi kimi dəyərləndirirlər.

Qeyd edək ki, İran və Rusiya arasında artan hərbi əməkdaşlığın Qərbdə narahatlıq yaratdığı bildirilir.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …