Cümə , Sentyabr 18 2026
azfa

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

GADTB: Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq.

Bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Yeni ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun olaraq mühəndislik, tikinti, logistika, İT və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial sahələrdə kadrlar hazırlanacaq.

“2025/2026-cı tədris ilindən etibarən universitetdə tədris prosesi təhsil sahəsində beynəlxalq səviyyədə tanınmış təşkilatların reytinqində top-1000-ə daxil olan və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin tədris proqramları əsasında təşkil olunacaq”, – sənəddə qeyd olunub.

Türk Dövlətləri Beynəlxalq Universitetində tələbələrin təhsili ödənişli müqavilə əsasında həyata keçiriləcək, qəbul parametrləri və ödənişli müqavilənin məbləğini universitetin özü müəyyən edəcək.

Ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi üçün idarəetmə şurası yaradılacaq.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …