Şənbə , May 17 2025
azfa

Firudin Cəlilov: Erməni və hayy məsələsi

GADTB: Hayların Balkanlardan Anadoluya ilk gəlişləri e.ə.VIII əsrə təsadüf edilir. Bundan əvvəl Anadolu ərazilərində haydilli bəlgələr olmadığı kimi, “armenoid” tip də olmamışdır.

Qafqazdilli (Çeçen-İnquş) xalqlarının qurduğu Urartu dövləti e.ə. VII əsrdə dağıldıqdan sonra, bu ərazilərdə türkdilli subar, ermən, şadılı, urum, qamər bölgələri yarandı. Xəritədə hayların sonralar Ermən bölgəsinə gəlməsi göstərilmişdir. Ermən bölgəsi yarandığı şağdan islamaqədər daim qərb və şərq qonşuluqda yaranan imperiyalar arasında hərb meydanı olmuşdur. Savaşdan bezənlər rahst ölkələrə köçür, onların yerini yeni gəlmələr tuturdu.

Ermən ölkəsinə gəlib yerləşən hay etnosu ilə qədim türk boylarının, o cümlədən, azər türklərinin əlaqəsi böyük tarixə malikdir. Ona görə də, bu bölgədə ermən türklərinin tarixi ilə hayların tarixini ayırmaq lazım gəlir, çünki XII əsrdə Van gölünün qərbində mərkəzi Axlat şəhəri olan Ermənşahlar dövlətini quran Sökmənlər sülaləsinə qədər burada müxtəlif çağlarda türk, part, pers, hay kökənli hökmdarıar bir-birini əvəz etmişlər. Haylar Ərmən bölgəsinə gələnə qədər buranın əhalisi uzun və keşməkeşli tarix yaşamışdır.

Ərmən ölkəsinin qısa tarixi belədir:

Prototürk Atayurdunun qərb bölgəsi olan bu əraziyə öncə hurrilər, sonra urartuıar gəlib yerləşmişlər. Bölgəyə gələn saqa-qamər boyları bir-birinin ardınca urartu qalalarını alıb, urartuları Van yaxalarına sıxışdırırlar. Bu olayların amansız savaşlarla baş verdiyini Qanlıtəpə, Çavuştəpə kimi abidələr aydın göstərir. Urartu dağılandan sonra, hay tarixçilərinə görə, Mada çarı Ərbak Ərmən ölkəsinə Sak oğlu Parur adlı birini hökmdar təyin edir. Əslində saqa(türk) soylu Parur bəy kimi, Ərmən hakimləri çar yox, müxtəlif çağlarda Mada, Əhəməni, Selevk, Roma-Bizans, Part, Sasani dövlətinin vassalı idi. Yalnız Tiqranın vaxtında müstəqil olan Ərmən ölkəsi , onu da saxlaya bilmədi, yenidən romalılardan asılı vəziyyətə düşdü. Tiqran adının Perslərə aid olması hələ Əhəməni çağından bəlli idi. (Heredot;VIII) .e.ə 190-cı ildə Ərmən ölkəsi III Antixonun romalılara məğlub olması ilə müstəqil siyasət yeritsə də, yenidən Ərsaq sülaləsinə tabe olur. Bu çağlarda Ərmən coğrafiyası İrəvan çuxurunadək genişlənir. Artaşes Artaşad şəhərini, Tiqran isə  e.ə. 77 ci ildə Van gölü ilə Diyarbəkir arasında Tiqranagert şəhərini salır. E.ə 68 ci ildə Roma imperatoru Lukul, iki il sonra Pompey Tiqran və oğlu cəzalandırır. Ərmən ölkəsi yeni eraya bu durumda daxil olur, lakin həmin durum İslamlaşms çağına qədər davam edir.

Tiqran Kappadokiyanın əhalisini gətirib Tiqranagertə yerləşdirməsi bəllidir, lakin ola bilər ki,əvvəllər də Ərmən bölgəsinə haylardan gələn olub; çünki hay qaynaqları Suriyadan gəlmə olaylarından bəhs edir. Hər halda hayların “erməniləşməsi” prosesi artıq başlamışdır. Bölgənin hakim sinfinin (öncə Part(türk) sonra pers)zərdüştlüyə meyl etməsi, irandilli inancların haylar arasında geniş yayılması Aramazda (Hörmüzd), onun qızı saydıqları Anahidə və bəzən Haramana (Əhriman) da sitayiş edirdilər. Bu çağlarda hay dilinə xeyli pəhləvi sözü daxil oldu.

Haylar xristianlığı qəbul edəndən sonra kilsə ədəbiyyatı yunan və suriya dillərində yayılırdı.

Yeni hay əlifbasının tətbiqi(V əsr) hay xalqının milli ovqatını xeyli yüksəltdi, hay yazısı dini mövzuya qapanmayıb; tarixi əsərlərin yazılmasına təkan verdi. Hay toplumunda savadlanma kütləvi xarakter aldı. V-VII əsrlərdə hay xalqının tarixinə aid bir neçə kitab yazıldı. Azərbaycan və Ərmən ölkəsində xristianlığı yayan Qriqoris bugün azər türklərinin yaddaşında müqəddəs CƏRCİUS kimi yaşayır. O hay deyildi, Part ölkəsindən qaçan Anak bəyin oğlu idi, Kayseridə yepiskopdan katalikos sanı alıb, Cənubi Qafqazda missionerlik edirdi. Hayların din xadimləri monofizist yönümə üstünlük verib 452 də Romadan ayrılırlar. Beləliklə, Ərmən ölkəsində yaşayan türk-ərmənlər xristianlığı qəbul etdiyi çağlarda burada yaşayan haylar də tədricən zərdüştlükdən uzaqlaşıb xristian oldular. Hayların erməniləşməsi bu çağlarda geniş vüsət aldı. Artıq erməni adında get-gedə etnik anlamdan çox, “xristian” anlamı möhkəmləndi.

İslamlaşma çağında xristian türklərin çoxu islamı qəbul etdi, lakin bəzi kiçik bölgələrdə xristianlıq hələ davam edirdi. Azər türklərinin “dinayrı qardaş” deyimi o çağların yadigarıdır. “Erməni- müsəlman” davası deyimi də erməni sözünün etnik anlsmda yox, dini anlam daşıdığını göstərir. Sonralar hay kilsəsi alban vənglərini sıxışdıranda bəzi Qarabağ məlikləri hay dilində ibadətə keçdilər. İrəvan hayları belələrinə bugün belə “dönmə” (şurdvats) deyir..

Beləlikləş, Ərmən bölgəsinə gələnə qədər hurri-urartu boylarına qarışan haylar 301 ci ildə xristianlığı qəbul etdi V – VII əsrdə hay milli ruhu çox inkişaf etdi və bu çağlarda yazılan tarix kitablarında hayların qədimliyini əsaslasdırmaq üçün gəlmə hayların tarixi yerli ərmən boyunun tarixinə calandı. Hayıarın Qafqaza gəlişi isə islam çağına aiddir. …

Həmçinin yoxlayın

Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi …

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin …