Şənbə , İyun 27 2026
azfa

İran Avropada din pərdəsi altında casusluqla məğşul olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Stokholmdakı İslam Mərkəzi İranın casus bazası olduğu ifşa edilib.

Dünən İsveç hökuməti Stokholm şəhərindəki İmam Əli İslam Mərkəzini İslam Respublikası tərəfindən İran və İsveç vətəndaşlarına qarşı casusluq platforması kimi çıxış etməkdə günahlandırıb.

İsveçin sosial işlər naziri Yakob Fuşmed bununla bağlı bildirib ki, İran Stokholmdakı İslam Mərkəzini casusluq və təhlükəsizlik bazası kimi istifadə edib.

Fuşmed məsələni son dərəcə ciddi adlandırarıb və qeyd edib ki, İsveç hökuməti artıq mərkəzə ayırdığı bütün maliyyə vəsaitlərini kəsib.

İsveç sağçı hökumətinin Sosial Xidmətlər Naziri daha sonra təfərrüatları açıqlamadan bəyan etdi: “Dövlət vəsaitləri demokratik cəmiyyətin fundamental dəyərlərinə zidd olan fəaliyyətlər üçün istifadə edilməməlidir”.

Qeyd edək ki, bir təxminən 3 həftə əvvəl İranın Stokholmdakı “İmam Əli İslam Mərkəzi”nin başçısı, 63 yaşlı iranlı molla Möhsün Həkimullahi həbs edilib və yaxın günlərdə İsveçdən deportasiya olunacaq.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …